Icma.az
close
up
RU
İnternetdə şəkli olan hər kəs təhlükədə: Azərbaycanda da qadağan ediləcək? AÇIQLAMA

İnternetdə şəkli olan hər kəs təhlükədə: Azərbaycanda da qadağan ediləcək? AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Heç vaxt etmədiyiniz hərəkətlərin və demədiyiniz sözlərin süni intellekt tərəfindən saxtalaşdırılaraq dünyaya yayılması artıq uzaq gələcəyin ssenarisi deyil, bugünün acı reallığıdır. Dünyanın bir çox ölkələri artıq bu təhlükəyə qarşı sərt tədbirlər görməyə başlayıb. Məsələn, ABŞ-ın bir neçə ştatında (xüsusilə Kaliforniya və Texasda) seçkilərə təsir edən və ya qeyri-etik məzmunlu "deepfake" videoların yayılması qadağan edilib və cinayət məsuliyyəti müəyyən olunub. Çin hökuməti isə daha sərt qaydalar tətbiq edərək, süni intellektlə yaradılan hər bir məzmunun üzərində mütləq şəkildə "saxtadır" işarəsinin qoyulmasını tələb edir və bu qaydanı pozanları ağır cəzalar gözləyir. Avropa İttifaqı da "Süni İntellekt Aktı" çərçivəsində bu növ manipulyasiyaların qarşısını almaq üçün genişmiqyaslı hüquqi baza hazırlayıb.
Bəs Azərbaycanda bu proses necə tənzimlənir? 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Sahil Məmmədov sürətlə inkişaf edən "deepfake" texnologiyalarının insanların şəxsi toxunulmazlığına yaratdığı ciddi hüquqi və mənəvi təhdidlərdən bəhs edib.
Süni intellektin imkanlarından sui-istifadə edərək hazırlanan saxta görüntülər fərdlərin həm sosial nüfuzuna, həm də psixoloji durumuna ağır zərbə vurur. Vəkil Sahil Məmmədov mövzu ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bu cür deepfake-lər getdikcə ciddi problemə çevrilir:
"Bu cür hallar insanların şəxsi və ailə həyatına müdaxilə, böhtan, şantaj və nüfuzdan salma kimi ağır nəticələrə səbəb ola bilər. Deepfake-in hansı məqsədlə hazırlanmasından asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyində artıq müəyyən hüquqi məsuliyyət mexanizmləri mövcuddur" - deyə o qeyd edib.
Sahil Məmmədovun fikrincə, "deepfake" anlayışının ayrıca termin kimi qanunvericiliyə daxil edilməsi də məqsədəuyğun olardı. O bildirib ki, bu, həm anlayışın hüquqi çərçivəsini dəqiqləşdirər, həm də belə materialları hazırlayan şəxslərin məqsədindən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinin daha aydın şəkildə müəyyənləşdirilməsinə imkan verər.
Bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, sabah hər hansı bir şəxs sizin üzünüzü və ya səsinizi qanunsuz yollarla istifadə edərsə, məhkəmə qarşısında sübut toplamaq və günahkarın cəzalandırılmasını təmin etmək daha asan olacaq. Bu, hər bir internet istifadəçisinin rəqəmsal dünyada özünü daha müdafiəli hiss etməsinə şərait yaradır.
Qeyd edək ki, deepfake texnologiyasından icazəsiz və zərərli məqsədlərlə istifadə şəxsi həyatın toxunulmazlığının pozulmasına, böhtan və şantaj hallararına səbəb ola bilər və mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradır.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri