Icma.az
close
up
RU
Süni intellekt botları internetdə insanları geridə qoydu Cloudflare

Süni intellekt botları internetdə insanları geridə qoydu Cloudflare

Icma.az bildirir, Olke.az portalına istinadən.

Süni intellekt botları və avtomatlaşdırılmış agentlərin yaratdığı internet trafiki ilk dəfə real istifadəçilərin trafikini üstələyib.

Ölkə.az xəbər verir ki, bunu "Cloudflare" açıqlayıb.

Şirkətin baş direktoru Matthew Prince sosial şəbəkə X-də paylaşdığı məlumatda bildirib ki, əvvəllər 2027-ci il üçün proqnozlaşdırılan bu dönüş nöqtəsi artıq baş verib. O, bununla bağlı şirkətin trafik monitorinq platforması olan Cloudflare Radar-ın statistikalarına istinad edib.

Məlumata görə, mayın 28-dən etibarən botların payına internet trafikinin 58%-i düşüb. İnsan istifadəçilərin payı isə 42% təşkil edib. Botların üstünlüyü sonrakı günlərdə də qorunub saxlanılıb.

Cloudflare Radar internetdəki trafik axınlarını izləyən ən böyük platformalardan biridir. Şirkətin infrastrukturundan dünya üzrə bütün veb-saytların təxminən beşdə biri istifadə etdiyindən, əldə olunan göstəricilər qlobal internet tendensiyalarını əks etdirmək baxımından əhəmiyyətli hesab olunur.

Şirkət bot və insan trafikini HTML məzmununa edilən sorğular əsasında müəyyənləşdirir və bunu davranış analizləri vasitəsilə fərqləndirir.

Mütəxəssislərin fikrincə, son illərdə generativ süni intellekt texnologiyalarının sürətli inkişafı avtomatlaşdırılmış trafikdə kəskin artıma səbəb olub. Süni intellektdən əvvəl botların payı ümumi internet trafikinin təxminən 20%-ni təşkil edirdi və bu göstəricinin əsas hissəsi axtarış sistemlərinin indeksləşdirici proqramlarının fəaliyyəti ilə bağlı idi.

Matthew Prince daha əvvəl qeyd etmişdi ki, adi istifadəçi hər hansı məhsulu axtararkən və ya məlumat toplayarkən orta hesabla 5 sayta daxil olur. Süni intellekt agentləri isə bir tapşırığı yerinə yetirmək və ya bir suala cavab tapmaq üçün minlərlə səhifəni eyni vaxtda araşdıra bilir.

Ekspertlər hesab edirlər ki, süni intellekt əsaslı xidmətlərin sürətlə yayılması nəticəsində yaxın illərdə botların internet trafikindəki payı daha da artacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri