Icma.az
close
up
RU
İnternetlə bağlı yeni qaydalar qəbul edildi

İnternetlə bağlı yeni qaydalar qəbul edildi

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsini və hüquqi müəyyənlik prinsipinin təmin edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda təsdiqlənib. Bununla bağlı “Telekommunikasiya haqqında” qanunda müvafiq dəyişikliklər təklif edilir.

"Yeni Sabah" xəbər verir ki, sənəddə bildirilir ki, mövcud qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərməli olduğunu təsbit edir. Lakin həmin müddəada yer alan "standart, norma və qaydalar" və "telekommunikasiya xidmətlərinin standartları" kimi ümumi ifadələr xidmət zamanı riayət edilməli konkret və məcburi tələblərin dairəsini birmənalı müəyyən etməyə imkan vermirdi. Dəyişikliklə daxil edilən "keyfiyyət göstəriciləri" anlayışı isə xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları özündə ehtiva edərək tənzimləmənin predmetini daha dəqiq əks etdirir.

Bu baxımdan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" normativ sənədi telekommunikasiya xidmətlərinin göstərilməsi zamanı təmin edilməli konkret parametrləri müəyyənləşdirir. Həmin göstəricilər xidmətin keyfiyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün əsas meyar olmaqla yanaşı, operator və provayderlərin fəaliyyətində icrası məcburi olan hüquqi tələblər kimi çıxış edəcək. pizza

Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri