Icma.az
close
up
RU
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əldə edə bilmir. Digərləri isə bir neçə dərmanı eyni vaxtda içməklə daha tez sağalacağını düşünür. Bəs bu nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı “Yeni Sabah”a  Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev danışıb.

Həkim bildirib ki, çoxları həkimə getmədən, reklam və başqalarının məsləhəti ilə dərman qəbul edir: pizza hut

“Çox təəssüf ki, bizdə həkim məsləhəti olmadan müalicə üsullarına müraciət edənlər çoxdur. İnsanlar bəzən qəzetdə, internetdə və ya başqa yerlərdə gördükləri reklamlara inanaraq müalicəyə başlayırlar. Halbuki xəstəyə diaqnozu həkim qoymalıdır. Diaqnoz qoyulmadan dərman qəbul etmək düzgün deyil.

Məsələn, iki xəstənin hər ikisinin qan təzyiqi yüksək ola bilər. Biri qonşusundan eşidir ki, hansısa dərman yaxşıdır və onu qəbul etməyə başlayır. Ancaq yüksək təzyiqin səbəbi hər xəstədə fərqli olur. Birində böyrəklərlə, digərində ateroskleroz, damar və ürək problemləri ilə, başqa birində isə sinir sistemindəki gərginliklə bağlı ola bilər. Buna görə də hər xəstəyə fərdi yanaşılmalı, müalicə xəstəliyin səbəbinə uyğun aparılmalıdır. Yəni həkim məsləhəti olmadan dərman qəbul etmək qətiyyən düzgün deyil”.

Mütəxəssis qeyd edib ki, sağlam qalmaq üçün düzgün qidalanmaq, havaya uyğun geyinmək və gündəlik rejimə diqqət etmək lazımdır:

 “Dərmanla yanaşı, qidalanmaya da diqqət yetirilməlidir. Təəssüf ki, bizdə bu məsələyə kifayət qədər əhəmiyyət verilmir. İnsanlar hansı xəstəlik zamanı hansı qidaların faydalı, hansılarının isə zərərli ola biləcəyini bilməlidirlər. Qidalar da müxtəlif maddələrdən ibarətdir və onların qəbul edilən dərmanlarla uyğunluğu nəzərə alınmalıdır.

Xalq təbabətinə müraciət edərkən də mütləq həkimlə məsləhətləşmək lazımdır. İstifadə olunan üsullar xəstəliyə və insanın sağlamlıq vəziyyətinə uyğun olmalıdır. Ümumiyyətlə, heç bir müalicə həkim məsləhəti olmadan aparılmamalıdır. Digər tərəfdən, təbiətin insanlara təqdim etdiyi imkanlardan düzgün yararlanmaq da vacibdir. Hər fəslə uyğun qidalanmalı, geyim seçməli və gündəlik fəaliyyətimizi buna uyğun qurmalıyıq. Eyni zamanda, normadan artıq yemək düzgün deyil.

İnsan doyma hissi yarandıqda yeməyi dayandırmalıdır. Çünki orqanizmin normal fəaliyyəti üçün qəbul edilən qidaların miqdarı və tərkibi əhəmiyyətlidir. Sağlamlığın qorunması bütün orqanların bir-biri ilə uyğun və normal işləməsindən asılıdır. İmmunitet də orqanizmin xəstəlik törədicilərinə qarşı müqavimət göstərməsində mühüm rol oynayır”.

Həkim dərmanların içlik vərəqələrindəki məlumatların oxunmasının da əhəmiyyətinə diqqət çəkib:

“Dərmanlardan istifadə zamanı onların içlik vərəqələrində göstərilən məlumatlara da diqqət yetirmək lazımdır. Əvvəllər bu məlumatlar daha qısa olurdu, əsasən dərmanın yeməkdən əvvəl və ya sonra qəbul edilməsi göstərilirdi. İndi isə bir çox dərmanın içlik vərəqəsində onun istifadəsi, təsirləri və orqanizmə mümkün təsirləri barədə daha geniş məlumat verilir. İnsanlar bu məlumatları oxusalar, qəbul etdikləri dərmanlar haqqında daha ətraflı məlumat əldə edərlər. Bununla yanaşı, həkimin tövsiyələrinə əməl etmək vacibdir. Həkimin dediklərini yerinə yetirmədən müalicədən düzgün nəticə gözləmək olmaz. Bu da sağlamlıq sahəsində rast gəlinən əsas problemlərdən biridir.

Belə məsələlərin gündəmə gətirilməsi çox vacibdir. İnsanlar sağlamlıqlarını qorumaq üçün düzgün məlumatlandırılmalı, dərmanlardan və müalicə üsullarından məsuliyyətlə istifadə etməlidirlər. Digər tərəfdən, həyatda təmkinli və səbirli olmaq, yaşadığımız mühiti və mövcud vəziyyəti düzgün dərk etmək də əhəmiyyətlidir. İnsan şəraitə uyğun davranmağı bacarmalıdır. Bəzən insanlar aylarla dərman qəbul edir, amma sağalmırlar. Burada başqa bir məsələ də var, həkim təyin etdiyi dərmana görə məsuliyyət daşıyır, lakin dərmanın keyfiyyəti ilə bağlı problem varsa, bu, həkimdən asılı olmayan məsələdir.

Həkim məsləhəti olmadan aylarla dərman qəbul etməklə müalicə düzgün aparıla bilməz”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri