Icma.az
close
up
RU
İntiharın yoluxuculuğu

İntiharın yoluxuculuğu

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Müasir dovrümüzdə biz intihar xəbərlərinin get-gedə artdığının şahidi oluruq.

Xüsusilə televiziya xəbərlərində bir intihar xəbəri eşidilən kimi, bir-birinin ardınca davamlı olaraq bu xəbəri eşidirik. Diqqət yetirsək intiharın müəyyən bir yaş qrupunda yoluxucu xəstəlik kimi yayılması insanı heyrətləndirir. Axı intihar virusu yoxdur və hər kəsin özünə aid problemləri və yaşam tərzləri vardır. Necə olur bir intihar başqa bir intihara səbəb olur?

2013-cü ildə Kanadada Colman tərəfindən aparılan tədqiqatlara əsasən intihar yüz illərdir keçici olma xüsusiyyətinə malikdir. Apardıqları tədqiqatlarda 12-18 yaş arası 8000 şagird və tələbə araşdırılır. Şagirdlərdən və tələbələrdən intihar haqqındakı düşüncələri  soruşulur. Tədqiqatçılar 2 il boyunca şagirdləri izləyir. 18 yaşa gəldikdə 4 uşaqdan birində intihara təşəbbüs edən bir məktəb yoldaşının olduğu görülür. Yoldaşlarından biri intihar etmiş 12-13 yaşlarındakı şagirdlər, intihara şahid olmamış uşaqlarla qarşılaşdırıldıqda 15%-nin özlərini ciddi şəkildə öldürməyi düşündüklərini, 7%-nin isə buna təşəbbüs göstərdiyini görürlər. İntihara ən çox yeniyetməliyin başlanğıcında olan uşaqlarda rast gəlinir.

Bəs yoluxucu intiharlardan qorunmaq üçün nə etmək lazımdır?

- İlk olaraq bu anlamda boyük bir məhsuliyyət media işçilərinin üzərinə düşür. İntihar xəbərini çatdırarkən bu xəbərin üstündə çox dayanmaq, dönə-dönə bu xəbəri vurğulamaq və bir sıxıntıdan çıxış yolu kimi göstərilməsi çox yanlışdır. Çünki bu xəbər bir çox insana mənfi təsir göstərə bilər.

- İkinci əsas öhdəlik müəllimlər və valideynlərin üzərinə düşür. Əgər yeniyetməlik dövründə belə bir vəziyyətlə qarşılaşmış, öz dostlarından, sinif yoldaşlarından belə bir addım görmüş uşaqlar varsa, mütləq müəllimlər və valideynlər tərəfindən dinlənilməli, bu haqda düşüncələri  öyrənilməlidir. Əgər, bu xəbərin ardından uşaqda  özünə qapanma, məktəbin sosial işlərindən uzaqlaşma və yaxud depressiya əlamətləri gorülürsə, mütləq diqqətə alınmalı lazım gələrsə psixoloqa yönləndirilməlidir.

Bunu da qeyd edək ki, siz özünüz də bu cür xəbərlər eşitdikdə və ya bu cür hadisə ilə rastlaşdıqda bu hadisə ciddi şəkildə ağlınızdan çıxmırsa və bu düşüncələr sizi narahat edirsə, siz özünüz də depresiyyada ola bilərsiniz.

Ümumiyyətlə insanı intihara yönəldən başqa amillər də var. Siqaret çəkmək və spirtli içkilər qəbul etmək intihara olan meylliliyi artıran faktorlardı. Əgər ətrafınızda intihar barədə tez-tez danışan, bu haqda söhbətlər edən insanlar varsa, diqqətli olun. Çünki araşdırmalar göstərir ki, intihar edən insan intihardan əvvəl bu hərəkəti edə biləcəyi barədə tez-tez danışır, söhbətlər edir və bir növü ətrafdakıları bu barədə xəbərdar edir. Siz onları düzgün yönləndirərək həyatlarını xilas edə bilərsiniz.

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri