Icma.az
close
up
RU
Oğuzda baş verən intiharın təfərrüatları məlum olub

Oğuzda baş verən intiharın təfərrüatları məlum olub

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün Oğuzda baş verən intiharın təfərrüatları məlum olub.

Avtosfer.az APA-ya isitinadən xəbər verir ki, Oğuz rayonu Bucaq kənd sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva xərçəngdən əziyyət çəkən ərini itirmək qorxusundan canına qəsd edib.

Belə ki, Leyla Musayevanın əri, 70 yaşlı Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkir. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün bir-neçə gün əvvəl xəstəxanadan evə göndərilib.

Noyabrın 26-sı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon filialının həkim briqadası çağırış əsasında Eyyub Musayevi müayinə etmək üçün onun yaşadığı ünvana gediblər. Müayinə zamanı Eyyub Musayevin vəziyyətinin kəskin ağır olması barədə ailəsinə məlumat verilib.

Ərinin ölüm ayağında olduğunu bilən Leyla Musayeva intihar etmək məqsədi ilə ailə üzvlərindən xəbərsiz sirkə turşusu içib.

Leyla Musayeva ərini müayinə etmək üçün gələn həkim briqadası tərəfindən dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq Leyla Musayeva elə hadisə baş verən gün axşam saatlarında Oğuz RMX-nın reanimasiya şöbəsində dünyasını dəyişib.

Leyla Musayevanın qan xərçəngindən əziyyət çəkən əri Eyyub Musayev də elə həmin gün vəfat edib.

Ər-arvad bu gün Bucaq kənd qəbiristanlığında dəfn olunublar.

**

22:24 - 26.11.2024

Oğuzda sirkə turşusundan zəhərlənən 56 yaşlı qadın xəstəxanada ölüb.

Məlumata görə, bu gün günorta saatlarında rayonun Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva ağır zəhərlənmə əlamətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Yardım Şöbəsinə daxil olub.

Müayinə zamanı L.Musayevanın sirkə turşusundan zəhərləndiyi məlum olub. L.Musayeva axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Noyabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see180

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see174

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri