Icma.az
close
up
RU
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məhkəmənin baxdığı hüquqi əhəmiyyətli faktların siyahısından "ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının" çıxarılması təklif edilir.

Oxu.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, məhkəmə ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının müəyyən edilməsi barədə işlərə baxır.

Qanun layihəsində yuxarıdakı maddənin ləğv edilməsi təklif olunur.

Bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilib ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na əsasən, 1944-cü il 8 iyul tarixinədək faktiki nikah münasibətlərində olmuş şəxslər faktiki birgə yaşadığı vaxtı göstərib qeyd etdirmək yolu ilə öz nikahlarını rəsmiləşdirə bilərlər.

1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olmuş şəxslərdən biri öldükdə və ya xəbərsiz itkin düşdükdə qeydiyyat şöbəsi və konsulluq idarəsi faktiki nikah münasibətlərində olma faktını təsdiq edən məhkəmə qərarına əsasən, nikah münasibətlərinin başlanması vaxtını göstərir.

Beləliklə, yuxarıda nəzərdə tutulmuş faktiki nikah münasibətlərində olma faktı 1944-cü il iyulun 8-dən qabaq başlanıb ər-arvadın birinin vəfatına qədər davam etdiyi halları nəzərdə tutur.

Bununla belə, həmin tarixdən yarım əsrdən artıq zaman keçdiyindən 1944-cü il iyulun 8-dək faktiki nikah münasibətlərində olma faktının tanınması ilə bağlı belə nikahın tərəflərindən birinin hazırda məhkəmələrə müraciət etmələri müddət baxımından real görünmür.

Həmçinin qeyri-hökumət təşkilatı (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdirilir.

Belə ki, QHT tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə QHT tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 8 000 manatdan 15 000 manatadək məbləğdə cərimə olunacaqlar.

QHT, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 8 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Bundan əlavə, dövlət qulluqçularının reyestrinə dair qaydaları pozanlar cərimələnəcək

Layihəyə əsasən, dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə olunacaqlar.

Yuxarıda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcəklər.

Yuxarıdakı abzaslarda "səlahiyyətli vəzifəli şəxs" dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri