Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev dəmir yolu, su, hava nəqliyyatı, pilotsuz uçuş aparatları və ya hava nəqliyyatı vasitəsi kimi istifadə olunmayan digər hava gəmilərinin hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulmasına görə cəzaları sərtləşdirən qanunu təsdiqləyib.
Reyting.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub.
Dəyişikliklərə əsasən, iş və ya vəzifə fəaliyyəti ilə əlaqədar olaraq yuxarıda göstərilən nəqliyyat vasitələrinin hərəkət və istismar qaydalarına riayət etməyə borclu olan şəxsin bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına ağır və ya az ağır xəsarət yetirildiyi halda:
- İki ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə,
- Beş min manatdan yeddi min manatadək cərimə,
- Yaxud iki ilədək islah işləri,
- və ya iki ilədək azadlığın məhdudlaşdırılması,
- Yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə edilən digər bir dəyişikliklə, orqanizmin funksiyalarının 61–100%-i dərəcəsində pozulmasına görə əlilliyi müəyyən olunmuş şəxslərə, eləcə də əlilliyi olan uşaqlara ictimai işlərin tətbiqi qadağan edilib. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu məhdudiyyət yalnız 18 yaşınadək əlilliyi olan şəxsləri əhatə edirdi.

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib
23 May 2025 14:06
Cinayət Məcəlləsinə növbəti dəyişiklik olunub
11 Aprel 2025 12:31
Prezident Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər etdi
17 Fevral 2025 14:19
Cinayət və İnzibati Xətalar məcəllələri dəyişdirilir
28 Fevral 2025 12:29
Vergi Məcəlləsinə dəyişikliklər olunacaq
20 Noyabr 2024 12:31

