Icma.az
close
up
RU
İordaniya mətbuatı Heydər Əliyevin anadan olmasının 103 cü ildönümü barədə yazır

İordaniya mətbuatı Heydər Əliyevin anadan olmasının 103 cü ildönümü barədə yazır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 7 may, AZƏRTAC

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsində (ingilis və ərəb dillərində), “Jordan Daily” xəbər saytında, həmçinin Krallığın aparıcı “Əl-Dustur” dövlət qəzetində, eləcə də geniş oxucu auditoriyasına malik “Əl-Ğad”, “Nayrouz”, “Ammonnews” və “Cleopatranews” xəbər portallarında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-ci ildönümü ilə bağlı məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyinin bəyanatına istinad olunduğu yazılarda Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünün dərin ehtiramla qeyd edildiyi, Heydər Əliyevin Azərbaycan tarixində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli həmrəyliyin gücləndirilməsi istiqamətində müstəsna xidmətlər göstərmiş görkəmli dövlət xadimi olduğu bildirilib.

Məqalələrdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın müstəqilliyini qoruyaraq regionun aparıcı siyasi və iqtisadi dövlətlərindən birinə çevrildiyi, ölkənin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığı, onun həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə sabitliyin təmin edildiyi, güclü dövlətçilik ənənələrinin formalaşdırıldığı və davamlı inkişafın əsasının qoyulduğu qeyd olunub.

Yazılarda, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə həyata keçirilən strateji enerji layihələrinin, xüsusilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın beynəlxalq enerji bazarında mühüm mövqeyə sahib olmasına şərait yaratdığı, bu siyasət nəticəsində ölkənin iqtisadi gücünün möhkəmləndiyi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyi və Azərbaycanın geosiyasi əhəmiyyətinin daha da artdığı bildirilib.

Eyni zamanda, yazılarda Heydər Əliyevin təhsil, elm, mədəniyyət və gənclərin inkişafına xüsusi diqqət yetirdiyi, peşəkar dövlət idarəçiliyi sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atdığı, onun zəngin siyasi irsinin Azərbaycan xalqının milli qürur mənbəyi olmaqla yanaşı, gələcək nəsillər üçün də mühüm örnək olduğu vurğulanıb.

Məqalələrdə, həmçinin Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsasının məhz Heydər Əliyevin rəhbərliyi dövründə qoyulduğu, hazırda bu münasibətlərin Prezident İlham Əliyev və İordaniya Kralı II Abdullahın rəhbərliyi altında uğurla inkişaf etdiyi, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın gündən-günə genişləndiyi qeyd olunub.

Məqalələrdə Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması istiqamətində mühüm nailiyyətlərin əldə olunduğu, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil etdiyi diqqətə çatdırılıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:347
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri