Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Qətərdə Heydər Əliyevin 103 cü ildönümü böyük ehtiramla anılıb

Qətərdə Heydər Əliyevin 103 cü ildönümü böyük ehtiramla anılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qahirə, 10 may, AZƏRTAC

Azərbaycanın Qətərdəki səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, diaspor fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin portreti önünə gül çələngi qoyublar.

Səfir Adış Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. O bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın memarı olaraq ölkədə demokratik cəmiyyətin formalaşmasına, sabitliyin bərqərar olunmasına və davamlı inkişafın təmin edilməsinə mühüm töhfələr verib.

Səfir vurğulayıb ki, Azərbaycanın ən mürəkkəb dövründə – 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər dövlət müstəqilliyini və suverenliyini qoruyaraq ölkəni ağır böhrandan çıxarıb. O qeyd edib ki, Heydər Əliyev dünyada bütün azərbaycanlıları vahid ideya – azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməyə nail olub.

Diplomat bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasını görmək idi. Ulu Öndər buna inanırdı və bu gün onun ruhu şaddır, çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin edib.

Səfir, həmçinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərindən danışıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri icra olunur, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli, könüllü və təhlükəsiz qayıdışı təmin edilir.

Eyni zamanda, qeyd olunub ki, Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi şəraiti nəzərə alan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin müstəqil siyasi və iqtisadi inkişaf kursu müəyyənləşdirilib. Vurğulanıb ki, bu strateji xətt Azərbaycanın uzunmüddətli sabitliyinin və davamlı inkişafının əsasını təşkil edib.

Bildirilib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və peşəkar idarəçiliyi nəticəsində Azərbaycan regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirib.

Qeyd olunub ki, əldə olunan bu uğurlar hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur.

Tədbirin sonunda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 May 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri