Icma.az
close
up
RU
Sabunçuda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu Fotolar

Sabunçuda Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olundu Fotolar

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı, Cahangir Cahangirov adına xor və Müslüm Maqomayev adına Filarmoniyanın kamera orkestrinin kiçik heyətinin iştirakı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bakı Gənclər Mərkəzində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev:  Müasir Azərbaycanın memarı” adlı tədbir keçirildi.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, təhsil, səhiyyə, mədəniyyət, xidmət və digər müəssisələrin rəhbərləri, YAP fəalları, QHT-in Sabunçu rayon təşkilatlarının sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.

İlk olaraq tədbir  Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 148 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş mahnı ilə başladı. Şagirdlərin ifasından sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Daha sonra tədbir iştirakçıları “Şəhərsalma və Memarlıq ili” çərçivəsində xüsusi hazırlanmış sərgiyə baxış keçirdilər.

 Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirin rəsmi hissəsini açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxışı zamanı bildirdi ki, müasir Azərbaycanın memarı Ümumilli Lider Heydər Əliyev bu gün bütün dünyaya səs salmış müasir və müstəqil Azərbaycanın qurulması, inkişafı və tərəqqisində əvəzsiz rol oynamış, ictimai-siyasi, sosial-iqtisadi fəlakət astanasında olan Azərbaycanı uçurumdan, yox olmaqdan, daxili çəkişmələrdən xilas etmişdir. Ulu Öndərin iradəsi, cəsarəti və qətiyyəti, uzaqgörən və müdrik siyasəti nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyulduğunu vurğuluyan A.Vəliyev Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən qüdrətli, surətlə inkişaf edən, aparıcı dövlətə çevrildiyini, hər birimizin bugünkü Azərbaycanımıza görə  Ulu Öndərimizə,  ölkəmizin parlaq gələcəyinə görə isə cənab Prezidentimiz İlham Əliyevə minnətdar olduğumuzu diqqətə çatdırdı.

 Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd etdi ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk olaraq gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr etmiş Heydər Əliyev canlanır. Azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyət həyatının 40 ildən artıq bir dövrünü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr etmişdir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövrü xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixi kimi vurğulayan A.Xudadanov  Ulu Öndərin xalqın təkidi ilə 1993-cü il 15 iyun tarixində ikinci dəfə siyasi hakimiyyətə qayıdışının müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını bildirdi.

Tədbirdə  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamı ilə rayonun sosial-iqtisadi və ictimai həyatında, o cümlədən mədəni inkişafında səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə Fəxri Fərmanlar təqdim edildi.

Tədbir Cahangir Cahangirov adına xorun və Müslüm Maqomayev adına Filarmoniyanın kamera orkestrinin kiçik heyətinin iştirakı ilə ədəbi-bədii proqram ilə davam etdi.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri