Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Gəncədə Heydər Əliyevin anadan olmasının 103 cü ildönümünə həsr edilən konfrans

Gəncədə Heydər Əliyevin anadan olmasının 103 cü ildönümünə həsr edilən konfrans

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə Gəncədə daha bir elmi konfrans həsr edilib.

525.az xəbər verir ki, “Təbii ehtiyatlar, aqrosənaye tullantılarının tədqiqi və səmərəli istifadə olunmasında innovativ yanaşmalar” mövzusunda respublika elmi-praktik konfransı Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Dövlət Universiteti  və ARETN Bioresurslar İnstitutu tərəfindən AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə təşkil edilib.

Konfransda ölkənin elmi-tədqiqat  və ali təhsil ocaqlarının təmsilçiləri iştirak ediblər.

AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunda baş tutan konfransdan əvvəl iştirakçılar mövzu üzrə elmi tədqiqatlara həsrolunmuş sərgiyə baxıblar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və dövlətçiliyimizin banisi, Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən  Şəhidlərin xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev konfransın iştirakçılarını salamlayaraq, bu elmi forumun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunduğunu, bu baxımdan Ümummilli Liderin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və gələcəyi naminə bütün sahələrin, o cümlədən  elmimizin davamlı inkişafına xüsusi diqqət yetirdiyini və  bu günümüzdə cənab Prezident İlham Əliyevin  uğurlu siyasətinin daha bir nəticəsi olaraq, qlobal ekoloji problemlər, o cümlədən iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu söz və əməl sahibinə çevrildiyinə diqqət çəkib.

Akademik Fuad Əliyev bu baxımdan, alim və tədqiqatçılarımızı müasir dünyanı təhdid edən ekoloji problemlərinin həllinə  öz töhfələrini verməyə çağırıb, konfransın işinə uğurlar arzulayıb və bu konfransın materiallarının AMEA-nın Gəncə Bölməsinin dəstəyi ilə nəşr edildiyini və burada 120-dən çox elmi məqalənin yer aldığını bildirib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutunun (Gəncə) direktoru, kimya üzrə fəlsəfə doktoru İmran Qasımov öz çıxışında konfransın məqsədləri haqda danışıb, onun proqramının çox zəngin olduğunu, məruzə və çıxışların biotexnologiya və ekoloji problemlərin həlli üçün qarşıda duran məsələlərdə alim və tədqiqatçıları yeni ideyalara istiqamətləndirə biləcəyinə inandığını bildirib.

O, həmçinin içində yaşadığımız  “Şəhərsalma və memarlıq İli”nin məqsədlərini nəzrə alaraq, konfransın bir bölməsinin şəhərsalmada yaranan ekoloji problemlərin həlli məsələlərinə  həsr olunacağını xüsusi vurğulayıb.

Konfransın moderatoru, Bioresurslar İnstitutunun direktor müvini Günel Tomuyeva tədbirin proqram və reqlamentinin qaydaları haqda məlumat verib.

Gəncə Dövlət Unuversitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor  Vaqif Novruzov da bugünkü mötəbər elmi forum münasibətilə alimləri təbrik edərək, onun səmərəli keçəcəyinə ümid etdiyini dilə gətirib. O, qeyd edib ki, qlobal dünyanın tərkib hissəsi kimi, planetin qarşısnda duran çağırışların bilavasitə ölkəmizə də aidiyyatı var və bu baxımdan, alimlər ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla onların həlli istiqamətində səylərini birləşdirməlidirlər.

Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, tarix elmləri namizədi, dosent,əməkdar müəllim Asif Cavadov da çıxışı zamanı ali təhsil və elmi-tədqiqat müəssisələrinin səmərəli əlaqəli fəaliyyəti məsələlərinə toxunub.

Gəncə Şəhər İcra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında  İH başçısı Niyazi Bayramovun konfrans iştirakçılarına salam və uğur arzularını çatdıraraq, bugünkü respublika səviyyəli elmi konfransı   xüsusən bölgələrdəki həlli vacib olan problemlərin diqqətə çatdırılması və araşdırılması yönündə əhəmiyyətli tədbir kimi dəyərləndirib.

Y.Bədəlov bugünkü konfransın dövlətçiliyimizin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ithaf olunduğunu və bu mötəbər elmi forumun keçirilməsini  ziyalıların və alimlərin Ulu Öndərin  ölkəmizin və millətimizin daha işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətinə minnətdarlıq  və ehtiram nümunəsi  kimi dəyərləndirib. O, Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının bu gün Prezident İlham Əliyevin müasir dünyanın tələbləri baxımından böyük uğurla davam etdirdiyini və ölkəmizin daha işıqlı gələcəyi üçün hər birimizin fəal çalışmalı olduğunu qeyd edb.

Konfransın plenar iclasında həmçinin AR ETN Nəbatat Bağının Bitki ehtiyatları şöbəsinin müdiri iologiya elmləri doktoru, professor Aynur Bayramova, Azərbaycan Texnologiya Universiteti Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev, Azərbaycan Texnologiya Universitetinin Tekstil və yüngül sənayenin texnologiyası kafedrasının müdiri, texnika elmləri doktoru, professor Cahangir Hacıyev, Azərbaycan Texnologiya Universitetinin  Ətraf mühitin mühafizəsi kafedrasının müdiri kimya elmləri doktoru, professor Elşad Məmmədov, Aqromexanika Elmi-Tədqiqat İnstitutundan  texnika elmləri doktoru, professor Şahlar Babayev, Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrotexnologiya fakültəsinin dekanı, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Əfqan Hüseynov, Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev və digər iştirakçılar çıxış ediblər.

Sonra konfransın istiqamətləri üzrəməruzələrinin dinlənilməsi başlayıb.

İki günlük respublika konfransı “Şəhərsalmada yaranan ekoloji problemlər və onun həlli yolları”, “Aqrosənayedə kompleks emal”, “Təbii ehtiyatların biotexnologiyası”, “Biotexnologiyalarda innovativ yanaşmalar”, “Təbii ehtiyatlardan səmərəli istifadə” və “Qida təhlükəsizliyində biotexnologiyalar” mövzularını əhatə edən altı bölmə üzrə davam edib. İştirakçılara sertifikatlar da təqdim edilib.

Zakir Muradov,

Gəncə

Gəncədə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən konfrans

Şəkil sayı: 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 18 May 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri