Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

İordaniya mətbuatı WUF13 barədə yazıb

İordaniya mətbuatı WUF13 barədə yazıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qahirə, 21 may, AZƏRTAC

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi saytında, “Jordan Daily” xəbər portalında, həmçinin aparıcı “Əl-Dustur” dövlət qəzetində, eləcə də geniş oxucu auditoriyasına malik “Əl-Ğad”, “Nayrouz”, “Al Balad news”, “Al Qubbah News” və “Hala News” xəbər portallarında Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) uğurla təşkil edilməsi haqqında məqalələr yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə keçirilən tədbirin aktual məsələlərin müzakirəsi üçün yaxşı platforma olduğu qeyd olunur. Bildirilir ki, “Dünya üçün yaşayış: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunmuş tədbirçərçivəsində şəhərsalma, mənzil siyasəti, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məsələləri üzrə geniş müzakirələr aparılır.

Məqalələrdə WUF13-ün açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin müasir şəhərsalma siyasəti, tarixi irsin qorunması və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin uğurla həyata keçirilməsinin vurğulandığı xüsusi qeyd olunub.

Yazılarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “yaşıl zona” və innovativ şəhərsalma konsepsiyalarının beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərinin postmünaqişə dövrünün ən müasir inkişaf modellərindən biri kimi təqdim olunduğu vurğulanıb.

Məqalələrdə, həmçinin WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitinin tədbirin siyasi və beynəlxalq əhəmiyyətini daha da artırdığı qeyd edilib. Dövlət və hökumət başçılarının, nazirlərin, şəhər merlərinin və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşlərin Bakının qlobal dialoq platformasına çevrildiyini nümayiş etdirdiyi bildirilib.

Bununla yanaşı, yazılarda tədbirin yüksək səviyyədə təşkili, təhlükəsizlik, loqistika, nəqliyyat və rəqəmsal idarəetmə sistemlərinin beynəlxalq iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılandığı diqqətə çatdırılıb. Məqalələrdə Bakı şəhərinin tarixi irslə müasir urbanizasiya arasında uğurlu balans yaradan şəhər kimi xarakterizə olunduğu qeyd edilib.

Yazılarda WUF13-ün Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsinə və ölkənin dayanıqlı şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələrdə fəal iştirak edən dövlətlərdən biri kimi mövqeyinin güclənməsinə mühüm töhfə verdiyi bildirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri