Icma.az
close
up
RU
İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

İordaniyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 10-da müasir Azərbaycanın memarı və banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyi tərəfindən paytaxt Əmmanın Yeni Bədr rayonunda Ulu Öndərin adını daşıyan küçədəki İordaniya-Azərbaycan dostluq rəmzini bildirən dairədə anım mərasimi keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbirdə çıxış edən səfir Eldar Səlimov Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumat verib.O, Ulu Öndərin həm SSRİ, həm də Azərbaycan tarixindəki roluna diqqət çəkərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyadakı böyük nüfuzunu bu gün daha da artıran Azərbaycanın məhz Ümummilli Lider Heydər Əliyevin mirası olduğunu qeyd edib.E.Səlimov Azərbaycan ilə İordaniya arasında dostluq və əməkdaşlıq əlaqələrinin təməlinin 1994-cü il dekabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının Kasablanka Zirvə görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyev və İordaniya Haşimilər Krallığının mərhum kralı Əl-Hüseyn İbn Talal arasında keçirilmiş tarixi görüş zamanı qoyulduğunu, sonrakı illərdə bu əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah bin Əl-Hüseynin birbaşa dəstəyi sayəsində daha da möhkəmləndiyini bildirib.Əmman Böyükşəhər Bələdiyyəsinin Ətraf mühit idarəsinin rəisi Məhəmməd Əbu Huvaileh və Yeni Bədr rayonunun direktoru Dr.İsmayıl Əl-Ədvan iki dost ölkə arasında əlaqələrin inkişafından məmnunluqlarını qeyd edərək səfirliyimiz tərəfindən ağacəkmə aksiyasının keçirilməsinin paytaxt bələdiyyəsinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini deyib.Sonra Ümummilli Liderin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq dairə və onun ətrafında şam ağacları əkilib.Qeyd edilib ki, dekabrın 8-9-da İordaniyanın gündəlik xəbərlər dərc edilən və geniş oxucu kütləsinə malik mətbu orqanlarında “Azərbaycan səfirliyi Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünü yad edir” başlıqlı məqalə buraxılıb.Məqalədə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilib, dünya səviyyəli siyasətçinin Azərbaycanın çətin günlərində apardığı uğurlu xarici və daxili siyasətdən, beynəlxalq arenada ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki yorulmaz fəaliyyətindən bəhs edilib.Yazıda, həmçinin Prezident İlham Əliyevin Ulu Öndərin yolunu inamla davam etdirdiyi, öz ölkəsinin şöhrətini, nüfuzunu qoruyub saxladığı, habelə siyasi müdrikliyi ilə Azərbaycanı parlaq gələcəyə apardığı vurğulanıb.Məlumatın sonunda Yeni Bədr ərazisində yerləşən küçəyə Heydər Əliyevin adının verilməsinin iki ölkə arasında dostluğun dərinliyini əks etdirdiyi diqqətə çatdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri