Icma.az
close
up
RU
İpək Yolu Mətbəx İrsi: Zooarxeologiya və arxeobotanikaya giriş seminar

İpək Yolu Mətbəx İrsi: Zooarxeologiya və arxeobotanikaya giriş seminar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 avqust, AZƏRTAC

Qırğızıstanda “İpək Yolu Mətbəx İrsi: Zooarxeologiya və arxeobotanikaya giriş” adlı beynəlxalq seminar-təlim keçirilib. Tədbir Qırğızıstan Milli Elmlər Akademiyasının Tarix və Mədəni İrs İnstitutu və Yaponiyanın Teikyo Universiteti nəzdində fəaliyyət göstərən Mədəni İrs Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə AZƏRTAC-a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Seminarda institutun əməkdaşları Ülviyyə Səfərova, Nərmin Məmmədli və Ülkər Allahverdiyeva iştirak ediblər. Təlim proqramına arxeobotanika və zooarxeologiya sahələrində nəzəri və praktiki məşğələlər daxil olub. Arxeobotanika üzrə iştirakçılar flotasiya üsulu ilə nümunələrin yuyulması və mikroskop altında toxumların seçilməsi və ayırd edilməsi texnikalarını tətbiq ediblər. Zooarxeologiya bölməsində isə sümüklərin identifikasiyası, morfoloji xüsusiyyətlərinin təhlili, ölçülməsi, yaş və cinsin müəyyən edilməsi, patologiya və kəsik izlərinin tanınması kimi mövzular üzrə praktik bacarıqlar qazanıblar.

Proqram çərçivəsində iştirakçılar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Ak-Beşim orta əsr şəhər yerində aparılan qazıntı sahəsinə səfər edərək burada aparılan araşdırmalarla yerində tanış olublar. Bundan əlavə, Burana tarixi kompleksi və muzeyinə, eləcə də Qırğızıstan Milli Muzeyinə ziyarət təşkil edilib.

Təlimin sonunda bütün iştirakçılar sertifikatla təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see176

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see170

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see127

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri