“İpək Yolu Sığorta”nın xalis mənfəəti 53% ə yaxın artdı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
“İpək Yolu Sığorta” ASC 2026-cı ilin ilk 9 ayına olan maliyyə göstəricilərini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, sığorta şirkətinin ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 727 361 manatdan 9 144 223 manata (3 416 862 manat və ya 59,66% artım), ümumi xərcləri isə 5 119 755 manatdan 8 215 562 manata yüksəlib. Şirkətin əsas əməliyyat gəlirləri 4 609 168 manatdan 8 253 602 manata, investisiya gəlirləri isə 661 753 manatdan 806 179 manata çatıb. Vergidən əvvəlki maliyyə mənfəəti 607 605 manatdan 928 661 manata qalxan sığorta qurumu 185 732 manat mənfəət vergisi ödəyib.
Nəticədə “İpək Yolu Sığorta” ASC-nin xalis mənfəəti ötən ilin ilk 9 ayı ilə müqayisədə 256 845 manat və ya 52,84% artaraq 486 084 manatdan 742 929 manata yüksəlib. Dominos pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Oktyabr 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















