Icma.az
close
up
RU
iPhone 17 yeni nəsil batareya ilə gəlir

iPhone 17 yeni nəsil batareya ilə gəlir

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Apple şirkətinin bu payızda yeni, ultra-nazik smartfon modeli — iPhone 17 Air təqdim edəcəyi gözlənilir. 

News24.az "MacRumors"a istinadla xəbər verir ki, əvvəlki şayiələr əsasən cihazın dizaynı və rekord dərəcədə incəliyi ilə bağlı idisə, indi artıq onun çəkisi və batareya tutumu barədə potensial etibarlı məlumatlar ortaya çıxıb.

Koreyanın Naver bloqunda yeux1122 təxəllüslü insayderin paylaşdığı məlumata əsasən, 6,6 düymlük iPhone 17 Air təxminən 145 qram çəkidə olacaq. Onun batareyası isə cəmi 2800 mAh tutuma malik olacaq. Məlumatın Apple tərəfindən kütləvi istehsal üçün təsdiqlənmiş nümunəyə əsaslandığı qeyd olunur. 

Qeyd edək ki, Naver bloqu əvvəllər də Apple-ın komponent siyasəti ilə bağlı dəqiq insayder məlumatları yayımlayıb.

iPhone 17 Air-in çəkisi iPhone SE 2 (148 qram) və ya iPhone 13 mini (141 qram) modelləri ilə müqayisə oluna bilər. Batareyanın 2800 mAh-lıq tutumu iPhone 12 ilə yaxındır – onun batareyası 2815 mAh idi. Bununla belə, mənbə ehtimal edir ki, Apple yüksək sıxlıqlı batareyadan istifadə edə bilər. Bu da batareyanın “faktiki” tutumunu 15–20% artırmağa imkan verə bilər.

Asiyadan gələn son xəbərlərə görə isə iPhone 17 Air, Apple-ın TDK şirkətinin istehsalı olan ilk kremniy-anod batareyası ilə təchiz olunmuş smartfonu ola bilər.

Buna baxmayaraq, cihazın gözlənilən enerji saxlaması müddəti ilə bağlı məlumatlar ziddiyyətlidir. MacRumors yazır ki, The Information tərəfindən aparılan bir araşdırmaya əsasən, yeni iPhone əvvəlki modellərlə müqayisədə “ən zəif enerji saxlamasına” sahib ola bilər.

Məryəm İlhamqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri