Biz öz bayrağımızı özümüz qədər sevməliyik ŞƏRH
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsində milli simvollarımız, xüsusilə də üçrəngli müqəddəs bayrağımız xalqımızın azadlıq amalının, milli kimliyinin və müstəqilliyimizin əbədi təcəssümü olmuşdur. Ulu Öndərin dediyi “Biz öz bayrağımızı özümüz qədər sevməliyik” kəlamı sadəcə bir ifadə deyil, hər bir azərbaycanlının Vətənə, dövlətə və müqəddəs dəyərlərə olan sədaqətinin, sonsuz məhəbbətinin ali manifestidir. Bu sevgi xalqımızın tarixi yaddaşından, keçdiyi məşəqqətli və şərəfli mübarizə yolundan qidalanır.
Tarixi ədalətin bərpası və milli atributlarımızın qorunması istiqamətində Heydər Əliyevin müstəsna xidmətləri olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq sovet imperiyası illərində qadağan edilmişdi. Lakin xalqımızın ən ağır və çətin günlərində – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü ilə Üçrəngli Bayraq Naxçıvanda ilk dəfə rəsmi olaraq qaldırıldı və bərpa olundu. Eyni zamanda, Naxçıvan Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bayrağımızın respublikanın rəsmi dövlət atributu kimi qəbul edilməsi barədə vəsatət qaldırdı. Bu tarixi addım müstəqil Azərbaycan dövlətçiliyinin təməl daşlarından biri oldu və ölkəmizin gələcək suverenliyinə yollar açdı.
Ulu Öndər hər zaman vurğulayırdı ki, dövlət rəmzlərinə hörmət və sevgi gənc nəslin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmasının ən mühüm şərtidir. O hesab edirdi ki, bayrağını uca tutmayan, onu sevmyən xalqın gələcəyi də ola bilməz. Heydər Əliyevin ideyalarına sədaqət bu gün Azərbaycanın hər bir vətəndaşı üçün mənəvi borcdur.
Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi arzularımız tam şəkildə gerçəkləşmişdir. 44 günlük Vətən müharibəsində və sonrakı lokal xarakterli tədbirlərdə qazanılan möhtəşəm Zəfər nəticəsində əzəli torpaqlarımız işğaldan azad edildi. Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Ağdərədə, Xocalıda və digər bütün suveren torpaqlarımızda üçrəngli bayrağımız əbədi olaraq dalğalanır.
Bu reallıq xalqımızın illərlə həsrətində olduğu qələbənin təntənəsidir. Hazırda Azərbaycanın hər yerində üçrəngli bayraq qürurla dalğalanır. Bu bayraq bu gün təkcə sərhədlərimizi deyil, həm də sarsılmaz birliyimizi, qüdrətimizi, qürurumuzu və əbədi müstəqilliyimizi bütün dünyaya nümayiş etdirir.
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Noyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















