iPhone də maraqlı yenilik Evlilik ildönümünü unutdurmayacaq
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Apple "iPhone" istifadəçiləri üçün xüsusi tarixləri unutmağın qarşısını almağa yönələn yeni funksiya hazırlayır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni sistem evlilik ildönümü və digər vacib tarixlərlə bağlı istifadəçini birbaşa zəng ekranında xəbərdar edə biləcək.
Məlumata görə, istifadəçi ildönümü günündə həyat yoldaşına və ya partnyoruna zəng etmək istədikdə, ekranın ortasında xüsusi xatırlatma görünəcək. Beləliklə, vacib tarixin unudulması ehtimalının azalacağı bildirilir.
Funksiyanı necə aktivləşdirmək olar?Bunun üçün “kontaktlar” tətbiqində həyat yoldaşının profilinə daxil olmaq, “redaktə et” bölməsini seçmək və “tarix əlavə et” hissəsində “ildönümü” tarixini qeyd etmək lazımdır.
"Apple Intelligence" dəstəyi olan "iPhone" modellərində isə bunu Siri vasitəsilə də etmək mümkün olacaq. İstifadəçi səsli köməkçidən həyat yoldaşının kontakt kartına evlilik ildönümünü əlavə etməsini istəyə biləcək.
Məlumata görə, funksiya hazırda iOS 27.2-nin tərtibatçılar üçün beta versiyasında sınaqdan keçirilir.
iOS 27.2-nin stabil versiyasının oktyabr ayında geniş istifadəçi kütləsinə təqdim ediləcəyi gözlənilir.
Yeni funksiya artıq texnologiya forumlarında zarafatla evlilik xilas edən yenilik adlandırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Sentyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















