Icma.az
close
up
RU
İpoteka kreditlərinin silinməsi məsələsi gündəmdə Gözlənilən qərar...

İpoteka kreditlərinin silinməsi məsələsi gündəmdə Gözlənilən qərar...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada ailə siyasəti ilə bağlı maraqlı bir təklif gündəmə gəlib. Dövlət Dumasının deputatı Nina Ostaninanın sözlərinə görə, ailədə hər növbəti uşağın doğulması ilə ipoteka kreditinin bir hissəsi silinməli, dördüncü uşağın doğulması halında isə kredit tamamilə ləğv olunmalıdır. Azərbaycanda da doğum göstəriciləri əvvəlki illərlə müqayisədə zəifləyir və ailələr maddi səbəblərdən daha çox uşaq planlaşdırmaqda tərəddüd edir.

Bu cür güzəştlər ölkəmizdə də tətbiq oluna bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycanda ipoteka məsələləri qanunvericiliklə tənzimlənir və bu sahəyə nəzarət edən əsas qurum İpoteka və Kredit Zəmanət Fondudur:

“Fondun yaradılmasında məqsəd vətəndaşların mənzilə çıxış imkanlarını genişləndirmək, xüsusilə gənc ailələr üçün ipoteka kreditlərini daha əlçatan etməkdir. Bu istiqamətdə hüquqi baza mövcuddur. Hər il Prezident fondun nizamnamə kapitalını artırır və bu da dövlətin ipoteka siyasətinə formal dəstəyini göstərir”.

Asif İbrahimov

İqtisadçı bildirib ki, mövcud mexanizmlərin real icrası gözlənilən səviyyədə deyil:

“Fondun rəsmi məlumatlarına əsasən, son 15 il ərzində cəmi 52 min nəfərə ipoteka krediti verilib. Bu rəqəm əhalinin ümumi sayı ilə müqayisədə olduqca aşağıdır. Yəni ipoteka sistemi geniş kütlə üçün əlçatan deyil. Nəticədə əksər ailələr mənzil problemini bank kreditləri, şəxsi vəsait və ya qeyri-rəsmi maliyyə mənbələri hesabına həll etməyə məcbur qalırlar”.

Asif İbrahimov qeyd edib ki, bu şəraitdə ipoteka kreditləri üzərindən ailə siyasətinin həyata keçirilməsi, yəni uşaqların sayına görə borcun azaldılması və ya tam silinməsi kimi mexanizmlərdən danışmaq hələ tezdir:

“Mövcud sistem özü effektiv işləmədiyi halda, ona əlavə sosial funksiyalar yükləmək real nəticə verməyə bilər. Rusiyada gündəmə gətirilən bu təşəbbüs bir sıra Avropa ölkələrində artıq uzun müddətdir tətbiq olunur və ailələrin daha çox uşaq sahibi olmasına stimul yaradır. Lakin Azərbaycanda ipoteka bazarı hələ formalaşma mərhələsindədir və bu sahədə struktur problemlər mövcuddur. Buna görə də, hazırkı mərhələdə bu cür innovativ və sosialyönümlü ipoteka güzəştlərinin tətbiqini gözləmək real deyil. Əvvəlcə ipoteka mexanizmlərinin genişləndirilməsi, əlçatanlığın artırılması və sistemin daha səmərəli işləməsi təmin olunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri