Icma.az
close
up
RU
İqlim dəyişikliyinin insan hüquqularına təsiri: Planetin

İqlim dəyişikliyinin insan hüquqularına təsiri: Planetin

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

İqlim dəyişikliyi yaşamaq, mənzil, su, qida, sağlamlıq, inkişaf, şəxsi təhlükəsizlik və uyğun həyat səviyyəsi daxil olmaqla, bütün insan hüquqlarının təmin edilməsinə birbaşa və ya dolayısı ilə mane olur. Bundan əlavə, iqlim dəyişikliyinin təsirləri bərabərsizlikləri gücləndirir, uşaqlar, yerli xalqlar və əlillər də daxil olmaqla, artıq həssas vəziyyətdə olan fərdlərə, qruplara və xalqlara qeyri-mütənasib şəkildə təsir göstərir.
İqlim dəyişikliyi nədir?
Planetimizin iqlimi Yer kürəsinin bütün geoloji tarixi boyu daim dəyişib və bu dəyişikliklər orta qlobal temperaturun əhəmiyyətli dalğalanmaları ilə müşayiət olunub. Bununla belə, indi istiləşmə keçmişdə olduğundan daha sürətlə baş verir.
Aydın olub ki, insan fəaliyyəti ötən əsrdə istiləşmənin əsas səbəbinə çevrilib. Belə ki, istixana qazları müasir həyatımız üçün lazım olan enerjini yaradaraq atmosferə buraxır. İstixana qazlarının konsentrasiyası indi ən yüksək həddə çatıb. Bu sürətli böyümə bir problemdir, çünki iqlim canlı orqanizmlərin buna uyğunlaşa bilməsi üçün çox tez dəyişir. İqlim dəyişikliyi təkcə temperaturun artması deyil, həm də ekstremal hava hadisələri, dəniz səviyyəsinin yüksəlməsi, vəhşi təbiət populyasiyalarının, yaşayış yerlərinin dəyişməsi və bir sıra digər hadisələri əhatə edir.
Biznes sektoru iqlim dəyişikliyində mərkəzi rol oynayır. İqlim dəyişikliyinə səbəb olan CO2 emissiyalarının çoxu bizneslə əlaqəli iqtisadi fəaliyyətlərdən qaynaqlanır. Bununla belə, sahibkarlıq iqlim dəyişikliyi, onun planetə və insanlara mənfi təsirlərinin qarşısını almaq, yumşaltmaq və onlara uyğunlaşmaq üçün innovasiyalar və həllər də irəli sürə bilər. Gələcək iqlim zərərinin qarşısını almaq və iqlim ədalətini təmin etmək üçün biznes sektoru həllin bir hissəsi olmalıdır. İqlim dəyişikliyi artıq hamımıza ziyan vurur və hökumətlər tədbir görməyincə zərər vurmağa davam edəcək.
Nə üçün iqlim dəyişikliyi insan hüquqları problemidir?
İqlim böhranı bu gün bəşəriyyət üçün əsas təhlükədir, çünki o, son nəticədə hər bir insanın fundamental hüququnu - yaşamaq hüququnu pozur. Bütün insanlar azad, ləyaqətli və hüquqi baxımından bərabər doğulurlar. Onlar ağıl və vicdan sahibidirlər və bir-birlərinə qarşı qardaşlıq ruhunda hərəkət etməlidirlər. İqlimlə bağlı fövqəladə vəziyyət bəlkə də İkinci Dünya Müharibəsindən sonra qlobal insan hüquqları üçün ən ciddi təhlükədir.
İnsan hüquqları iqlim dəyişikliyi ilə sıx bağlıdır, çünki bu, təkcə ətraf mühitə deyil, həm də öz rifahımıza dağıdıcı təsir göstərir. İqlim dəyişikliyi bu planetdəki milyonlarla insanın təhlükəsizliyini təhdid edir. Ən bariz nümunə ekstremal hava hadisələridir: tufanlar, daşqınlar və meşə yanğınları. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ildən 2050-ci ilə qədər hər il 250 000 insanın malyariya, qida çatışmazlığı, ishal və iqlim dəyişikliyinin təsirləri səbəbindən istilik vurmasından öləcəyini proqnozlaşdırır.
İqlim dəyişikliyinin sağlamlığa əsas təsirləri həddindən artıq istilər və yanğınlar nəticəsində yaralanma, xəstəlik və ölüm riskinin artması olacaq. Daha da şiddətlənən təbii fəlakətlərdə travmatik hadisələrlə qarşılaşan uşaqlar post-travmatik stress pozğunluğundan əziyyət çəkə bilərlər. Problemin sağlamlığa təsirləri təcili tədbirlər tələb edir, çünki nəzarətsiz istiləşmə sağlamlıq sistemlərini və əsas qlobal sağlamlıq məqsədlərini pozmaq təhlükəsi yaradır.
Bununla belə, iqlim dəyişikliyi bizim layiqli mənzil hüququmuzu müxtəlif yollarla təhdid edir. Ekstremal hava şəraiti, daşqınlar və meşə yanğınları artıq insanların evlərini dağıdır, onları evlərini tərk etməyə məcbur edir. Quraqlıq, torpaq eroziyası və daşqınlar da zamanla ətraf mühiti dəyişə bilər və dəniz səviyyəsinin yüksəlməsi dəniz səviyyəsindən aşağıda yaşayan milyonlarla insanın evlərinə təhlükə sayılır.
COP29 necə kömək edə bilər?
Planetin qorunması üçün hədəflərə çatmaqda Azərbaycan hökuməti mütəmadi işlər görür. Rəsmi Bakı bu işləri beynəlxalq arenada tanıtmaq, eyni zamanda iqlim problemlərinə öz töhfəsini vermək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürüb.
Nəticədə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11–də Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in plenar iclasında verilib. Bu qərarın qəbulu neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə səylərinin, o cümlədən “yaşıl enerji” sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha göstərir. Eyni zamanda 30 illik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir.
Eyni zamanda ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək etmək üçün əsas addımdır.
Daha sonra Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. Bundan başqa, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoyub. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər.
Digər tərəfdən Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə də əhəmiyyət kəsb edir. Dünyanın üzvi tullantılarla əlaqəli metan emissiyalarının 51%-ni təşkil edən 50-dən çox ölkə, o cümlədən ən böyük 10 üzvi tullantı metan emissiyasına malik ölkələrdən 8-i sektorial hədəflər daxil edərək bu bəyanatı təsdiqləyib ki, bu da Qlobal Metan Vədinin həyata keçirilməsinə töhfə verəcək.
Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirilib. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması olub. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.
Bütün hallarda sərhədlər iqlim dəyişikliyini dayandıra bilməyəcək və qarşısı alınmasa, iqlim fəlakətini sürətləndirəcək. Nəticədə gələcək nəsillər üçün daha böyük təhlükə yaranacaq.
İlkin Nəcəfzadə
Yazı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirdiyi “İqlim dəyişikliyi və insan hüquqları” mövzusundakı müsabiqəyə təqdim olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:318
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Noyabr 2024 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri