İqlim dəyişikliyinin təsirləri: Avropada meşələr yox olur
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Həşəratlar, xəstəliklər və hava hadisələri hər il regionda 73 milyon hektara qədər meşəyə zərər verir
Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının (UNECE) açıqlamasına görə, uzunmüddətli quraqlıq, həddindən artıq isti, qabıq böcəyi populyasiyasının artması və ağac xəstəliklərinin yayılması Avropada meşələrin məhvinə olmasına səbəb olur.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, məlumatda deyilir: "Uzunmüddətli quraqlıq, həddindən artıq isti, meşə yanğınları riski, qabıq böcəyi populyasiyasının artması və ağac xəstəliklərinin yayılması regionda görünməmiş meşə azalmasına səbəb olur".
Bəyanatda qeyd olunub ki, Qərbi və Mərkəzi Avropada əhəmiyyətli yağıntı çatışmazlığı fonunda geniş yayılmış yarpaq tökülməsi və meşə örtüyünün zədələnməsi müşahidə olunur ki, bu da bəzi ərazilərdə son altı onillikdə ən uzun və ən davamlısıdır.
Komissiyanın məlumatına görə, həşəratlar, xəstəliklər və hava hadisələri hər il regionda 73 milyon hektara qədər meşəyə zərər verir.
UNECE regiondakı şəhər ağaclarının da həddindən artıq istidən və su çatışmazlığından əziyyət çəkdiyini və şəhərlərin iqlim dəyişikliyinin təsirlərindən qorunması, hava keyfiyyəti, ictimai rifah üçün təhlükə yaratdığını vurğulayıb.
İyunun ikinci yarısında Avropada həddindən artıq isti hava şəraiti yaşanıb. Qərbi Avropa ölkələrində temperatur 40 dərəcə Selsidən yuxarı qalxıb. 9 iyulda Avropa Yer Rəsədxanası (Kopernik) iyun ayının rekord həddə çatdığını və orta səth temperaturunun 20,74 dərəcə Selsi olduğunu təsdiqləyib.
“Financial Times” qəzetinin məlumatına görə, Fransa, İspaniya və Avropanın digər hissələrini bürüyən meşə yanğınlarının söndürülməsinin Aİ ölkələrinə vurduğu xərc bu il artıq 3 milyard avronu keçib.
Baxış sayı:184
Bu xəbər 29 Avqust 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















