Icma.az
close
up
RU
İqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakı müzakirə edilib

İqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakı müzakirə edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də “Sea Breeze Resort” ərazisində Azərbaycan Gənclərinin Lokal Konfransı – “LCOY Azerbaijan-2025”in ikinci günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iqlim dəyişmələri, dayanıqlı inkişaf və gənclərin qlobal iqlim gündəmində iştirakının müzakirəsinə həsr olunub.

“LCOY Azerbaijan-2025”in əsas təşkilatçısı 25 illik təcrübəyə malik olan və dayanıqlı inkişaf, ekoloji təhsil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəaliyyət göstərən “EkoSfera” Ekoloji-Sosial Mərkəzidir. Konfrans Bakı Dövlət Universiteti və “Sea Breeze Resort” ilə tərəfdaşlıq çərçivəsində, CBC – Caspian International Broadcasting Company-nin informasiya dəstəyi ilə təşkil olunub.

Konfransın ikinci günündə Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ölkəmizdə COP29-un keçirilməsinin qlobal iqlim diplomatiyasında mühüm tarixi hadisə olduğunu qeyd edərək, gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini vurğulayıb. O, Azərbaycan gənclərinin iqlim gündəminə dair təşəbbüslərinin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq arenada əks-səda doğuraraq gələcək qlobal siyasətin formalaşmasına töhfə verəcəyini bildirib.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin deputatı, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Tural Abbasov çıxış edərək, gənclərin iqlim məsələlərinə verdiyi töhfənin əhəmiyyətini yüksək qiymətləndiriblər. “EkoSfera” Ekoloji-Sosial Mərkəzin rəhbəri və COP29 Təşkilat Komitəsinin üzvü olan Firuzə Sultan-zadə gənclərin davamlı gələcəyin qurulmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Günün proqramı çərçivəsində “İqlim və dayanıqlı gələcək: Gənclərin baxışı” və “İqlim dəyişmələri və dayanıqlı infrastruktur” mövzularında panel müzakirələri təşkil olunub. Sessiyalarda dövri iqtisadiyyat və ekoinnovasiyalar, biomüxtəliflik və ekosistemlərin bərpası, ESG prinsipləri, tullantılardan dəyər yaratmaq, sosial ədalət, yaşıl iş yerləri, su təhlükəsizliyi və QHT-lərin rolu mövzuları üzrə təqdimatlar dinlənilib.

“Sea Breeze Resort”da Azərbaycan Gənclərinin İqlim üzrə Bəyanatının yekun variantı müzakirə edilərək ilkin versiya qəbul olunub. Sözügedən sənəd COP30 çərçivəsində təqdim ediləcək Qlobal Gənclər Bəyanatına töhfə kimi çıxış edəcək.

Qeyd edək ki, konfransın rəsmi açılış mərasimi sentyabrın 1-də Bakı Dövlət Universitetində olub.

Bu konfrans gənclərin milli və beynəlxalq iqlim proseslərində daha fəal rol almasına zəmin yaradan mühüm bir platforma kimi yadda qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri