Icma.az
close
up
RU
“İqlim Diplomatiyası: COP29 Mirası” adlı növbəti tədbir İstanbulda “Camlı Köşk”də baş tutdu FOTOLAR

“İqlim Diplomatiyası: COP29 Mirası” adlı növbəti tədbir İstanbulda “Camlı Köşk”də baş tutdu FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“İqlim Diplomatiyası: COP29 Mirası” adlı növbəti beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyəti, Uluslararası Yeşilay Federasiyasının tərəfdaşlığı ilə İstanbulun “Camlı Köşk” məkanında həyata keçirildi. Tədbirdə COP29-un yaratdığı beynəlxalq əməkdaşlıq imkanları, iqlim dəyişikliyinin qlobal təsirləri, qida təhlükəsizliyi və vətəndaş cəmiyyətinin bu prosesdə rolu geniş müzakirə olundu. Açılış və panel çıxışlarında Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, beynəlxalq təşkilat rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Açılış nitqi ilə çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev vurğuladı ki, “COP29-un mirası bizə göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız hökumətlərin deyil, vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət qoyur. Gənclər olaraq bu mübarizədə ön sırada olmağa hazırıq.”
Ardınca Türkiyə Yeşilay Cəmiyyəti sədr müavini, Uluslararası Yeşilay Federasiyası baş katibi Dr. Mehmet Güllüoğlu bildirdi ki, “İqlim dəyişikliyi ekoloji məsələ olmaqla yanaşı, sosial məsuliyyətdir. STK-ların əməkdaşlığı və beynəlxalq həmrəylik bu mübarizənin uğuru üçün vacibdir.” 
Azərbaycanın İstanbuldakı konsulu Kənan Abbasov qeyd etdi ki, “COP29 Azərbaycanın qlobal iqlim gündəmində rolunu gücləndirdi. Bu tədbir ölkələrimiz arasındakı dostluq və yaşıl əməkdaşlığı daha da möhkəmləndirir.” 
Qida Təhlükəsizliyi Hərəkatının sədri və layihə rəhbəri Məhsəti Hüseynova çıxışında vurğuladı ki, “İqlim dəyişikliyi birbaşa kənd təsərrüfatı və qida təhlükəsizliyinə də təsir göstərir. Maarifləndirmə və məsuliyyətli davranış hər birimizin üzərinə düşən vəzifədir.” 
Türkiyə Yeşilay Cəmiyyəti Beynəlxalq Əməkdaşlıq müdiri Sedef Erçetin qeyd etdi ki, “İqlim dəyişikliyi yalnız təbiətə deyil, insanların gündəlik həyatına da təsir edir. Sağlam və davamlı gələcək üçün birlikdə addımlamalıyıq.”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirdi ki, “Bu tədbirlər Azərbaycan və Türkiyə arasında vətəndaş cəmiyyəti əməkdaşlığını gücləndirir. Birgə fəaliyyətimiz gələcək nəsillər üçün dəyərli miras olacaq.” 
“BulTürk” Derneği rəhbəri Rafet Ulutürk vurğuladı ki, “İqlim diplomatiyasında uğur yalnız beynəlxalq əməkdaşlıqla mümkündür. STK-ların birliyi bu yolda əvəzsiz rol oynayır.” 
Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, ekoloq Mirsirac Siraclı çıxış edərək bildirdi ki, “Gənclər iqlim diplomatiyasının əsas hərəkətverici gücüdür. COP29-un mirası bizə göstərir ki, ekoloji təşəbbüslərdə gənclərin iştirakı davamlı gələcək üçün vacibdir.” 
Tədbirdə COP29-a həsr olunmuş layihə çərçivəsində hazırlanmış video-süjet iştirakçılara təqdim olundu. Tədbirin sonunda bütün rəsmi qonaqlara təşəkkür plaketləri təqdim edildi. Həmçinin iştirakçılar üçün mövzuya dair maarifləndirici yarış təşkil olundu və qaliblər simvolik hədiyyələrlə təltif olundu. 
Bu beynəlxalq platforma COP29-un mirasını davam etdirmək, region ölkələrinin gənclərini və vətəndaş cəmiyyətini iqlim mübarizəsində bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.








Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see228

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see187

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see144

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see140

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see123

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri