Icma.az
close
up
RU
COP29 mirası: Qlobal iqlim dəyişməsinin Cənubi Qafqazda xəstəliklərinə təsiri

COP29 mirası: Qlobal iqlim dəyişməsinin Cənubi Qafqazda xəstəliklərinə təsiri

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qlobal iqlim dəyişmələri, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən aparılan qərəzli ekoloji çirklənmənin səbəbindən insan sağlamlığı üçün yaranan təhdidlər diqqət çəkir.

Bu təhdidlərdən danışarkən, ağır metalların insan sağlamlığına mənfi təsirləri, habelə əsrin bəlası olan xərçəng xəstəliyinin yaranmasında onların rolu xüsusi önəm daşıyır. 

İqlim dəyişmələri və insan sağlamlığı

Bu yaxınlarda ölkəmizdə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirlərində, aparılan çoxistiqamətli müzakirələrdə iqlim dəyişikliyi və insan sağlamlığı məsələləri xüsusilə diqqət mərkəzində yer alıb. COP29 günlərində bir daha şahid olduq ki, bu gün dünya alimləri və beynəlxalq elmi ictimaiyyət böyük məsuliyyət daşıyır. Çünki gələcəkdə iqlim dəyişikliyi tendensiyası və bu dəyişikliyin əsas nəticələrinin istiqamətlərinin düzgün müəyyən edilməsi bəşəriyyəti ölçüyəgəlməz bəlalardan xilas edəcək, kifayət qədər elmi əsaslandırma olmadan bahalı tədbirlərin görülməsi isə böyük iqtisadi itkilərə səbəb olacaqdır. Belə ki, iqlim dəyişmələri və anomaliyaları milyardlarla insanın həyatına təsir göstərə bilər.

Sirr deyil ki, müasir sivilizasiyanın inkişafı bir sıra hallarda artıq ətraf mühitin həddindən artıq kimyəvi, bioloji və fiziki çirklənməsinə səbəb olub. Xüsusilə, atmosferə, torpağa, bitki örtüyü və okean sularına 100 mindən çox müxtəlif kimyəvi birləşmələr daxil olur. Bu, həm insan sağlamlığına birbaşa mənfi təsir göstərir, həm də təbii mühitin dəyişməsi ilə əlaqədar dolayı təsir göstərir. Nəticədə təbii mühit insanların ona etdiyi dəyişiklikləri idarə edə bilmir.

Bir sıra mütəxəssisin qənaətincə, insan orqanizminin böyümə və inkişafına, bir sıra xəstəliklərin baş verməsi və coğrafiyasına, həmçinin xəstəliyin gedişatına və nəticələrinə təsir edən ən mühüm təbii amillərdən biri iqlimdir.

İnsan sağlamlığının formalaşmasında 17-20% xarici mühit, təbii-iqlim şəraiti, 48-53%-i həyat tərzi, 18-22%-i genetika, 8-10%-i səhiyyə ilə bağlıdır. Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması məsələləri əsrin problemidir və onun düzgün və vaxtında həllindən təkcə indiki deyil, həm də gələcək nəsillərin sağlamlığı və rifahı asılıdır.

Qlobal Xəstəlik Yükü: Cənubi Qafqazda həzm sistemi xəstəliklərinin vüsəti

Hesablamalara görə, Cənubi Qafqaz regionunda həzm sistemi xəstəliklərindən ölüm nisbəti əhəmiyyətli dərəcədə yüksəkdir. Bu istiqamətdə Qlobal xəstəlik yükü ilə bağlı son statistik məlumatlar həyəcan təbili çalmağa əsas verir desək, yanılmarıq. 

Qida borusu, mədə, bağırsaqlar, qaraciyər və mədəaltı vəzi kimi vacib orqanları özündə ehtiva edən həzm sisteminin xəstəlikləri qlobal səviyyədə ən çox rast gəlinən, habelə ambulator və stasionar səhiyyə xidmətinin əhəmiyyətli dərəcədə ehtiyac duyan xəstəliklərdəndir. 

Yuxarıda qeyd etdiyimiz kimi, Qlobal Xəstəlik Yükü Tədqiqatının son məlumatları Cənubi Qafqaz regionunda həzm sistemi xəstəlikləri baxımından mühüm problemləri işıqlandırır. Onu da qeyd etməliyik ki, Qlobal Xəstəlik Yükü Tədqiqatında ölüm səbəbi kimi göstərilən həzm sistemi xəstəliklərinin sırasında həzm sisteminin onkoloji xəstəlikləri yer almır. 

Adıçəkilən tədqiqat məlumatları bunu deməyə əsas verir ki, Cənubi Qafqazın həzm sistemi xəstəlikləri fonunda ölüm nisbəti qlobal orta göstəricidən iki dəfə çoxdur. Belə ki, ürək-damar xəstəlikləri ən çox yayılmış ölüm səbəbi olsa da, statistikaya görə, həzm sistemi xəstəlikləri regionda üçüncü, dünyada isə altıncı yerdədir. Rəqəmlərə diqqət etsək görərik ki, həzm sistemi xəstəliklərinə görə dünya miqyasında il ərzində hər 100 000 nəfərə 33,06 ölüm olsa da, Cənubi Qafqazda bu xəstəliklər əhəmiyyətli dərəcədə daha çox ölümə səbəb olub. Azərbaycanda hər 100 000 nəfərə 38,38 ölüm qeyd olunsa da, Ermənistan və Gürcüstanda bu problem daha az nəzərə çarpır. Diqqətçəkən daha bir məqam ondan ibarətdir ki, 1990-cı ildə “Qlobal Xəstəlik Yükü Tədqiqatları” layihəsi başladığı vaxtdan bu günədək Cənubi Qafqazda həzm sistemi xəstəliklərindən qaynaqlanan ölüm səbəbləri getdikcə artır.

Araşdırmalar göstərir ki, ölümə səbəb verən həzm sistemi xəstəlikləri arasında daha çox qaraciyərin viral və alkoqol sirrozu, pankreatit, bağırsaq obstruksiyası, mədə xorası və iltihablı bağırsaq xəstəlikləri yer alır. Cənubi Qafqaz regionunda həzm sistemi xəstəlikləri arasında əsas ölüm səbəbi sirroz və digər xroniki xəstəliklərdir. Üç Cənubi Qafqaz ölkəsində sirroz və digər xroniki xəstəliklərdən ölüm nisbətlərinin qlobal faizdən təxminən 50% yüksək olduğu aşkar edilib. Onların hər birinin fərqli etiologiyası vardır. Lakin hər üç ölkədə həzm sistemi xəstəlikləri ilə əlaqəli ölümün ən təsirli səbəbi kimi insanların həyat tərzi və vərdişləri göstərilir. Belə ki, Azərbaycan və Gürcüstanda əsas etibarilə spirtli içkilər, siqaret və narkotik vasitələrdən istifadə, Ermənistanda isə narkotikdən istifadə həzm sistemi orqanlarının ciddi xəstəliklərinə yol açır. 

Beləliklə, tədqiqatlar göstərir ki, Cənubi Qafqaz regionunda xəstəliklərindən ölüm hallarının qarşısını almaq üçün təfərrüatlı səbəbin araşdırılmasına başlamaq və ciddi addımlar atmaq mütləqdir. 

Altay Əliyev
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri

Günel  Məmmədova
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin üzvü

"Cebheinfo.az"
 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri