Icma.az
close
up
RU
“İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya” mövzusunda müzakirə aparılıb AZƏRTAC

“İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya” mövzusunda müzakirə aparılıb AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 16 noyabr, AZƏRTAC

Noyabrın 16-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) UNICEF-in təşkilatçılığı ilə “İqlim üzrə maliyyə boşluğunun aradan qaldırılması: uşaqlar üçün iqlim fəaliyyətinə investisiya” mövzusunda müzakirə aparılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNICEF-in tərəfdaşlıq üzrə icraçı direktorunun müavini Kitti van der Heijden iqlim dəyişikliyi mövzusunun hər dövrdə aktual məsələ olduğunu söyləyib. O bildirib ki, iqlim dəyişikliyi gələcək nəsillərin taleyini həll edəcək: “Bu məsələ uşaqların təhsilinə, sağlamlığına, onların koqnitiv inkişafına mənfi təsir edir. İqlimlə əlaqəli maliyyə vəsaitlərinin yalnız 2.4 faizi uşaqlara aiddir. Bu, qəbuledilməzdir”.

Kitti van der Heijden 5 yaşdan kiçik uşaqların ən mühüm probleminin qida çatışmazlığı olduğunu vurğulayıb. Bildirib ki, bu problemin yaratdığı fəsadlar ömür boyu özünü göstərir.

Daha sonra UNICEF-in hazırladığı videoçarx nümayiş olunub. Videoçarxda iqlim dəyişikliyinin təkcə planetimizi dəyişdirmədiyi, həm də uşaqların gələcəyinə mənfi təsir etdiyi vurğulanıb. Həmçinin 5 yaşından kiçik uşaqların xəstəliklərə davamsız olduğu, körpələrin vaxtından əvvəl dünyaya gəldiyi qeyd olunub.

COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai iqlim dəyişikliyi ilə mübarizənin hər kəsdən birgə əmək sərf etməyi tələb etdiyini söyləyib. O bildirib ki, bu gün bu mövzuda veriləcək qərarlar bizim gələcəyimizi təyin edəcək.

Görüş müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see217

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see194

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see193

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see189

Hər şey niyə bahalaşır?

25 Oktyabr 2025 13:00see181

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see161

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see157

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see145

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see133

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see131

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see131

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see131

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see130

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see129

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see128

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see121

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri