Icma.az
close
up
RU
İqor Mitreski: Bugünkü gündə mənim üçün Qarabağ Şkendiya ilə görüşlərin favoritidir

İqor Mitreski: Bugünkü gündə mənim üçün Qarabağ Şkendiya ilə görüşlərin favoritidir

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Neftçi”nin sabiq futbolçusu, Şimali Makedoniya millisinin veteran kapitanı İqor Mitreski Apasport.az saytına müsahibə verib.

- “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşacaq. Ümumiyyətlə, “Şkendiya”nın FKSB səddini keçməsi özün üçün gözlənilməz oldu?
- "Şkendiya" çox ciddi klubdur. Üstəlik, çox güclü sponsorları var. Yaxşı baş məşqçiyə sahibdirlər. Futbolçu seçimlərini də yaxşı ediblər. Bu mənada, onlar layiqli şəkildə 3-cü mərhələyə adladılar. FKSB-ni evdə və səfərdə uddular. Bunların hamısını da layiqli şəkildə etdilər. "Şkendiya"nı uzun illərdir ki, tanıyıram. Onlar yaxşı təşkilatlanmış klubdur. Məncə, FKSB “Şkendiya”nı lazımi səviyyədə qiymətləndirmədi. Rumıniya klubunun rəhbərliyi, futbolçuları və ümumiyyətlə, ölkə ictimaiyyəti rəqibə lazımi hörməti göstərmədi. Nəticədə isə bu cür gözlənilməz nəticə ortaya çıxdı. “Şkendiya” tam layiqli şəkildə turnirin 3-cü mərhələsinə yüksəldi.

- Səncə, “Şkendiya” “Qarabağ” üçün ağır rəqibdir?
- İndi futbol elədir ki, hamı futbol oynamağı bacarır, uğur üçün çalışır. "Qarabağ" mənim üçün bugünkü gündə favoritdir. Ancaq "Şkendiya" da təslim olmamağa çalışacağıq. Fikrimcə, "Şkendiya" Skopyedə də, Bakıda da yaxşı oyun göstərəcək, sona qədər mübarizə aparacaq.

- İlk görüşün Skopyedə keçirilməsi “Şkendiya” üçün üstünlükdür? “Qarabağ” səfərdə qələbə qazana bilməsə, Bakıda işi çətin ola bilər?
- Çempionlar Liqasında da oynamışam, təcrübəm var. İlk oyun Skopyedədədir. Burada hər şey ola bilər. Hər halda, hansı komandanın mərhələ adlayacağı isə Bakıdakı oyunda aydınlaşacaq. "Qarabağ" hər il avorkuboklarda oynayır. Fikrimcə, cütün taleyinə Bakıda aydınlıq gələcək. "Şkendiya" da "Qarabağ"a hörmətlə yanaşır.

- “Şkendiya”nın mənfi və ya müsbət tərəfləri hansılardır?
- "Şkendiya" daim hücum futboluna üstünlük verən komandadır. Yerli və legioner heyəti kifayət qədər keyfiyyətlidir, xüsusilə də legionerləri səviyyəli futbolçulardır. Komanda əsasən açıq və baxımlı oyun sərgiləyir. Fikrimcə, Skopyedə də “Qarabağ”a qarşı öz oyun üslubundan imtina etməyəcəklər. Eyni yanaşmanı Bakıda da görəcəyik. Lakin düşünürəm ki, cütün taleyi məhz Bakıdakı qarşılaşmada həll olunacaq. “Şkendiya”nın zəif və güclü tərəflərinə gəldikdə isə, müdafiədə bəzi problemləri mövcuddur. Bununla belə, hücumda olduqca təhlükəlidirlər. Hücumları səliqəli və sistemlidir, əks-hücumlarda da sürətli və effektiv oynayırlar.

- Şimali Makedoniyada insanlar nə düşünürlər, “Şkendiya” “Qarabağ”ı keçəcək?
- Əvvəllər "Vardar" var idi, "Rabotniçki" ötən mövsüm pis oynamadı. Bu dəfə çempion "Şkendiya"dır və onlar avrokuboklarda pis çıxış etmir. İnsanlar "Şkendiya"dan FKSB ilə görüşdə də xüsusi nəsə gözləmirdi. Amma "Şkendiya" mərhələ keçdi. İndi də "Qarabağ"la görüş gəlir. Hər halda, "Şkendiya" Skopyedə erkən qol vurmaq istəyəcək. Necə olacağını görəcəyik. Əminəm ki, hər iki görüş maraqlı olacaq. Fikrimcə, bugünkü gündə mənim üçün "Qarabağ" "Şkendiya" ilə görüşlərin favoritidir.

"Levski"nin direktoru: "Sabah"ı düzgün qiymətləndirməsək... " Samir Abasov: "Artıq meydanda dominant "Neftçi" var" - VİDEO Niderland klubunun bombardiri rəsmən "Marsel"də Millimizin Çexiya ilə səfər oyununun yeri bəlli olub "İmişli" braziliyalı futbolçu transfer edib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://apasport.az
archiveBu xəbər 02 Avqust 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri