Icma.az
close
up
RU
İqor Mitreski: “Neftçi” üçün Azərbaycanda hər bir rəqib çətindir”

İqor Mitreski: “Neftçi” üçün Azərbaycanda hər bir rəqib çətindir”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi" və Şimali Makedoniya millisinin sabiq müdafiəçisi, hazırda Şimali Makedoniya yığmasının direktoru vəzifəsində çalışan İqor Mitreski apasport.az saytına müsahibə verib. 

- Bu ay Şimali Makedoniya və Azərbaycanın U-21 yığmaları Türkiyədə toplanış çərçivəsində üz-üzə gəldilər. Həmin oyunu izləyə bildin? Görüş haqda fikrin necədir?
- Mən hazırda Şimali Makedoniya yığmasının idman direktoruyam. Bəli, özüm də Antalyada idim. Azərbaycanın Moldovaya qarşı keçirdiyi və qalib gəldiyini də görmüşdüm. Oyunu çox bəyəndim. Matçdan əvvəl Azərbaycan yığmasının məşqçilər korpusu, direktorlar, həkimlərlə danışdıq, söhbətləşdik. Həqiqətən Azərbaycanın Moldovaya qarşı göstərdiyi oyunu çox bəyəndim. İkinci matçda isə Azərbaycan bizə qarşı daha çox müdafiədən oynayırdı, biz daha çox hücum edirdik. Onlarda bəzi dəyişikliklər var idi, bizdə də 5-6 oyunçu dəyişiklik edilmişdi. Yaxşı oyun alındı, pis deyildi. Düzü, razı qaldım. Öz yığmamızdan da, sizin yığmadan da razı qaldım. Bizim də yeni baş məşqçimiz var. İlk oyunlar idi. Oyun yaxşı alındı, baş məşqçinizi buna görə təbrik edirəm.

- Azərbaycan yığmasını bəyəndin? Hazırda komanda Ayxan Abbasova tapşırılıb…
- Bəli, əlbəttə ki, bəyəndim. Onlar daha çox müdafiədən oynayırdılar, biz güclü komandayıq, qol epizodları yaradırdıq. Sadəcə Azərbaycan yığması inamlı, motivasiyalı, taktika baxımından çox səliqəli oynadı. Baş məşqçiniz yaxşı komandanız qurub.

- "Neftçi"ni daim izlədiyini bilirəm. Onların bu sezonki çıxışı yaxşı doğru gedir? 
- "Neftçi" haqda nə deyim? Bütün sezon onları izləyirdim. İndi də turnir cədvəlinə baxıram ki, turnir cədvəlinin ortalarındadır. Dünən də "Araz-Naxçıvan"la 1:1 oynayıblar. Avrokuboklara çempionatdan yollanmaq şansı çox azdır. Yəqin ki, bu sezon da uğursuz keçdi. Düşünürəm ki, yayda onlar bunu müzakirə edəcək. Yaxşı komanda qurmaq lazımdır ki, "Qarabağ", "Zirə" və digər klublarla yaxşı mübarizə aparsınlar. İndi baxanda, onların yaya qədər nəyisə dəyişəcəyini düşünmürəm. "Neftçi" üçün çətin sezondur. Yuxarı pillələrə qalxmaq çox çətindir.

- Səncə, həmyerlilərini yeni sezondan Azərbaycanda görə bilərik? Əsas yığmanın üzvləri əvvəllər Azərbaycanda oynayırdılar, indi sanki gəlmirlər... 
- Bizim milli üzvlərimizin çoxu Avropada yaxşı liqalarda oynayırlar. U-21 yığmasından isə dəvət etmək olar. Orada da yaxşı oyunçular var. Liqamız da yaxşıdır, yerli və xaricilər var. Bu işlərlə klubun skautu məşğul olmalıdır, futbolçulara baxmalıdır. Kimin keyfiyyəti, özünəinamı var, oynaya bilər. Əvvəl "Neftçi"də mən, Slavko Georgiyevski oynayırdıq. İndi fərqli-fərqli liqalara baxmaq, seçmək lazımdır. 

- "Neftçi" ölkə kubokunu qazanaraq avrokuboklara yollana bilər. Onları yarımfinalda bütün diqqətini kuboka yönəltmiş digər komanda " Sabah" gözləyir. "Neftçi"nin kubok şansını necə dəyərləndirirsən? 
- Bəli, kubokdan Avropaya vəsiqə qazanmaq olar. Kubok "Neftçi" üçün ən yaxşı variantdır. "Sabah" da ən yaxşı nəticə üçün çalışacaq, onlar da finala çıxmaq istəyəcək.

Çətin oyun olacaq. Əvvəl belə bir şey olsaydı, başqa mövzudur. Amma bugünkü gündə “Neftçi” üçün Azərbaycanda hər bir rəqib çətindir. Yarımfinal, daha sonra finala çıxıb kuboku götürmək lazımdır ki, avrokuboklara vəsiqə qazansın. Çətindir, çətin. Çünki indi heç bir komanda təslim olmayacaq, qalib gəlməyə imkan verməyəcək. Hər halda, “Neftçi”nin avrokuboklara kuboku götürüb getməkdən başqa yolu yoxdur. Əsas odur ki, oyuna ciddi yanaşsınlar. Şəxsi fikrimdir ki, “Neftçi” üçün ən yaxşısı elə kubokdan Avropaya getməkdir.

Elvin Məmmədov: “Bu xal bizə xeyir verəcək” Brahim Konate: "Fasilə zamanı yaxşı hazırlaşmışıq" Tovuzda qollu bərabərlik - YENİLƏNİB Azərbaycan çempionatlarında yeni rekord Mövsümdə ilk dəfə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 Mart 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri