Icma.az
close
up
RU
İqor Mitreski: Neftçi siz avrokuboklar maraqsızdır

İqor Mitreski: Neftçi siz avrokuboklar maraqsızdır

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreski apasport.az saytına açıqlama verib.

"Ağ-qaralar"ın heyətində aparıcı fiqurlardan olmuş Mitreski hazırda Şimali Makedoniya millisinin idman direktorudur. O, saytımıza açıqlamasında "Neftçi"nin bu mövsümkü durumu haqda danışıb:

"Neftçi"nin ölkə kubokunun yarımfinal görüşündə birinci və ikinci oyununa baxdım. "Neftçi"nin avrokuboklara getmək şansı yalnız kubok yolu ilə mümkün idi. Amma görürsüz, "Sabah" Vasili Berezutski ilə yaxşı komanda qurub və həm birinci, həm də ikinci matçda nə istədiyini bilirdi. Cavab görüşü demək olar ki, bərabər səviyyədə keçdi. İlk hissədə "Neftçi", ikinci hissədə "Sabah"da qol epizodları çox oldu. Futbolda daha çox layiq olan qalib gəlir. Fikrimcə, "Sabah" bu sezon daha çox layiq idi. Vasili Berezutskini futbolçu kimi yaxşı tanıyıram, "Spartak" - ÇSKA görüşlərində qarşılaşmışıq. Düzü, baş məşqçi kimi az tanıyıram. Lakin o, sübut etdi ki, "Sabah" kimi komanda ilə finala çıxmaq böyük uğurdur. "Neftçi" üçün isə pis nəticədir. "Neftçi"siz avrokuboklar maraqsızdır. Amma futboldur da, hər zaman ad-sanlı komandalar qalib gəlir. Hazırda bütün klublar oynayır, işləyir, avrokuboklara düşmək üçün yollar axtarırlar. Ən asanı kubokdandır. Lakin "Neftçi"də alınmadı. Məncə, "Sabah" layiqli şəkildə finala çıxdı. Avrokuboklarda da onlara baxmaq maraqlı olacaq. Mövsümün sonunda götür-qoy etmək, səhvləri düzəltmək lazımdır. Bəlkə futbolçularla problem oldu, seleksiyada çətinliklər yaşandı. Ona görə futbolçuları yaxşı seleksiya etmək lazımdır. Amma Samir Abasov daha yaxşı bilir. Hər halda, klubun idman direktoru, rəhbərliyi seleksiya ilə məşğul olacaq, nə çatışmır onu aradan qaldırmağa çalışacaqlar. "Neftçi" mənim üçün doğma klubdur. Düzü, "Neftçi"nin indiki durumuna baxanda pis oluram. Azərbaycan futbolunun flaqmanının ardıcıl 2 il avrokuboklara getməməsi pisdir. Hər halda, baş məşqçi, klub rəhbərliyi və klubda çalışanlar iclaslar edib, çatışmazlığı aradan qaldırmalıdır. Samir Abasovu futbolçu kimi tanıyıram, baş məşqçi kimi də "Neftçi"ni çempion edib. O, bugünkü gündə vəziyyəti məndən də yaxşı bilir. Komandanı mövsümün gedişində götürüb. İstənilən halda, Abasov hər hansı komandanı yox, "Neftçi" kimi komandanın sükanı arxasına keçib. Burada hər zaman böyük gözlənitlər, məsuliyyət və nəticələr olur. Təkcə azarkeşlər yox, elə Azərbaycanda hamı bu cür nəticələr gözləyir. "Neftçi"də işləmək həmişə çətindir. Oradakı öz vaxtımı da xatırlayıram. Hər zaman qarşıya böyük hədəflər qoyulur. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır və bugünkü gündə "Qarabağ"la yanaşı olmalıdır. Hər zaman deyirəm və deyəcəm ki, komanda 1-2 ilə qurulmur, uzun müddətə qurulur. Klubun məktəbi, akademiyası, seçilən legionleri, baş məşqçisi, futbolçuları, hamısı bir komanda kimi olmalı və eyni hədəfə irəliləməlidir. Hər halda, indi rəhbərlik, məşqçilər korpusu, klubda işləyənlər üçün yaxşı andır ki, bu mövsüm nəyə görə alınmadığını düşünsünlər. Artıq sabahdan komandanı qurmaq lazımdır. İndidən yaxşı kollektiv toplayıb, yaxşı toplanış keçib, yeni sezona hazırlaşmaq vacibdir. Gələcəyin komandasını qurmaq lazımdır. Dərhal alınmayacaq. Amma səbir etmək lazımdır. Gəncləri də komandaya götürmək, miks etmək lazımdır. Yerli gənclər və legionerlərdən ibarət miksə ehtiyac var. Hansı mövqeyə, hansı futbolçunu götürmək lazım olduğunu götür-qoy edəcəklər. Bunu rəhbərlik və baş məşqçi yaxşı bilir. "Neftçi"yə ən yaxşı nəticələri arzulayıram. Fikrimcə, yeni sezon "Neftçi" üçün bu mövsümdən daha yaxşı alınacaq və yuxarı yerlər uğrunda mübarizə aparacaqlar".

“Kəpəz”də yeni təyinat Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi" "Şamaxı" gözləniləni etmədi - TAM FƏRQLİ STRATEGİYA I Liqa: XXV turun təyinatları açıqlanıb Mahir “Nürnberq”i tərk edəcək – Rəsmi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri