Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

İqor Mitreski: “Neftçi” barədə nə deyim? Çətindir, çətin”

İqor Mitreski: “Neftçi” barədə nə deyim? Çətindir, çətin”

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" və Şimali Makedoniya millisinin sabiq müdafiəçisi, hazırda Şimali Makedoniya yığmasının direktoru vəzifəsində çalışan İqor Mitreski apasport.az saytına müsahibə verib. 

- Bu ay Şimali Makedoniya və Azərbaycanın U-21 yığmaları Türkiyədə toplanış çərçivəsində üz-üzə gəldilər. Həmin oyunu izləyə bildin? Görüş haqda fikrin necədir?
- Mən hazırda Şimali Makedoniya yığmasının idman direktoruyam. Bəli, özüm də Antalyada idim. Azərbaycanın Moldovaya qarşı keçirdiyi və qalib gəldiyini də görmüşdüm. Oyunu çox bəyəndim. Matçdan əvvəl Azərbaycan yığmasının məşqçilər korpusu, direktorlar, həkimlərlə danışdıq, söhbətləşdik. Həqiqətən Azərbaycanın Moldovaya qarşı göstərdiyi oyunu çox bəyəndim. İkinci matçda isə Azərbaycan bizə qarşı daha çox müdafiədən oynayırdı, biz daha çox hücum edirdik. Onlarda bəzi dəyişikliklər var idi, bizdə də 5-6 oyunçu dəyişiklik edilmişdi. Yaxşı oyun alındı, pis deyildi. Düzü, razı qaldım. Öz yığmamızdan da, sizin yığmadan da razı qaldım. Bizim də yeni baş məşqçimiz var. İlk oyunlar idi. Oyun yaxşı alındı, baş məşqçinizi buna görə təbrik edirəm.

- Azərbaycan yığmasını bəyəndin? Hazırda komanda Ayxan Abbasova tapşırılıb…
- Bəli, əlbəttə ki, bəyəndim. Onlar daha çox müdafiədən oynayırdılar, biz güclü komandayıq, qol epizodları yaradırdıq. Sadəcə Azərbaycan yığması inamlı, motivasiyalı, taktika baxımından çox səliqəli oynadı. Baş məşqçiniz yaxşı komandan qurub.

- "Neftçi"ni daim izlədiyini bilirəm. Onların bu mövsümkü çıxışı yaxşı doğru gedir? 
- "Neftçi" haqda nə deyim? Bütün sezon onları izləyirdim. İndi də baxıram ki, turnir cədvəlinin ortalarındadır. Dünən də "Araz-Naxçıvan"la 1:1 oynayıblar. Avrokuboklara çempionatdan yollanmaq şansı çox azdır. Yəqin ki, bu sezon da uğursuz keçdi. Düşünürəm ki, yayda onlar bunu müzakirə edəcək. Yaxşı komanda qurmaq lazımdır ki, "Qarabağ", "Zirə" və digər klublarla mübarizə aparsınlar. İndi baxanda, onların yaya qədər nəyisə dəyişəcəyini düşünmürəm. "Neftçi" üçün çətin mövsümdür. Yuxarı pillələrə qalxmaq çox çətindir.

- Səncə, həmyerlilərini yeni sezondan Azərbaycanda görə bilərik? Əsas yığmanın üzvləri əvvəllər Azərbaycanda oynayırdılar, indi sanki gəlmirlər... 
- Bizim milli üzvlərimizin çoxu Avropada yaxşı liqalarda oynayırlar. U-21 yığmasından isə dəvət etmək olar. Orada da yaxşı oyunçular var. Liqamız da yaxşıdır, yerli və xaricilər var. Bu işlərlə klubun skautu məşğul olmalıdır, futbolçulara baxmalıdır. Kimin keyfiyyəti, özünəinamı var, oynaya bilər. Əvvəl "Neftçi"də mən, Slavko Georgiyevski oynayırdıq. İndi fərqli-fərqli liqalara baxmaq, seçmək lazımdır. 

- "Neftçi" ölkə kubokunu qazanaraq avrokuboklara yollana bilər. Onları yarımfinalda bütün diqqətini kuboka yönəltmiş digər komanda " Sabah" gözləyir. "Neftçi"nin kubok şansını necə dəyərləndirirsən? 
- Bəli, kubokdan Avropaya vəsiqə qazanmaq olar. Kubok "Neftçi" üçün ən yaxşı variantdır. "Sabah" da ən yaxşı nəticə üçün çalışacaq, onlar da finala çıxmaq istəyəcək. Çətin oyun olacaq. Əvvəl belə bir şey olsaydı, başqa mövzudur. Amma bugünkü gündə “Neftçi” üçün Azərbaycanda hər bir rəqib çətindir. Yarımfinal, daha sonra finala çıxıb kuboku götürmək lazımdır ki, avrokuboklara vəsiqə qazansın. Çətindir, çətin. Çünki indi heç bir komanda təslim olmayacaq, qalib gəlməyə imkan verməyəcək. Hər halda, “Neftçi”nin avrokuboklara kuboku götürüb getməkdən başqa yolu yoxdur. Əsas odur ki, oyuna ciddi yanaşsınlar. Şəxsi fikrimdir ki, “Neftçi” üçün ən yaxşısı elə kubokdan Avropaya getməkdir.

"Qarabağ"da yol ayrımı: daha bir legioner Avropa yolunda Haaland mövsümü başa vurdu Millimiz Dünya Kubokunda 12-ci olub Fəridə Lütfəliyeva 3 oyuna təyinat alıb II Liqa: XX turun oyun cədvəli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://apasport.az
archiveBu xəbər 01 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see948

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see405

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see356

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see344

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see321

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see274

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see255

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see218

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see217

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see213

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see212

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see207

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see207

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see205

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see203

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see185

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see180

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri