Icma.az
close
up
RU
İqsidaçı: Pensiyaların artım tempi rəsmi inflyasiya göstəriciləri ilə uyğunlaşdırılır

İqsidaçı: Pensiyaların artım tempi rəsmi inflyasiya göstəriciləri ilə uyğunlaşdırılır

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pensiyaların orta aylıq əmək haqqı ilə deyil, digər sosial-iqtisadi göstəricilərlə müqayisə olunması məqsədəuyğun olardı


2025-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 103.3 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 101 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10.8 faizini təşkil edir. Onların 64.6 faizi yaşa, 23 faizi əlilliyə, 12.4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.5 faiz artaraq 538.1 manat təşkil edib və ortaaylıq əməkhaqqının 49 faizinə bərabər olub.

"Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli Sərəncamına əsasən, 2025-ci ilin 1 yanvar tarixindən ortaaylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14.3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunub", - deyə məlumatda bildirilib.

İqtisadçı Razi Abbasbəyli “Sherg.az”a bildirdi ki, pensiyaların artım tempi rəsmi inflyasiya göstəriciləri ilə uyğunlaşdırılır:


“Bu baxımdan artımların yaşam səviyyəsinə adekvat olduğunu müəyyən qədər qeyd etmək olar. Lakin müəyyən dövrdən sonrakı inflyasiyanın davam etməsi şəraitində pensiyaların artımı həyata keçirilmir. Məsələn, ilin əvvəlində pensiyalar 9 faizədək artırıldığı halda, ilin sonuna qədər əlavə artım olmadığından davam edən inflyasiya nəticəsində pensiyaçıların istehlak imkanları azalır və nəticə etibarilə onların yaşam səviyyəsi aşağı düşür. Pensiyaların orta aylıq əmək haqqının 50 faizinə yaxınlaşması isə mövcud reallığı əks etdirməyən statistik göstəricidir. Bu, orta aylıq əmək haqqının hesablanma mexanizminin fərqli olması ilə izah edilir. Çünki pensiya təyinatı və pensiyaların həcminin müəyyənləşdirilməsi ayrı mexanizmlər əsasında həyata keçirilir. Buna görə də pensiyaların orta aylıq əmək haqqı ilə deyil, digər sosial-iqtisadi göstəricilərlə müqayisə olunması məqsədəuyğun olardı. Məsələn, alıcılıq qabiliyyəti və ya istehlak səbətinin dəyəri ilə müqayisə aparılmalıdır. Hazırda bir insanın minimum yaşayış xərci Azərbaycanda 270 manat məbləğində müəyyən edilib.  Lakin bu rəqəmi pensiyalarla müqayisə etdikdə, kifayət qədər yüksək göstərici olmadığı aydın olur. Əgər vətəndaşın yaşayış xərci mövcud reallığı əks etdirmirsə və orta aylıq əmək haqqının hesablanma mexanizmlərində uyğunsuzluqlar mövcuddursa, bu halda pensiya artımlarını həyat səviyyəsinin yüksəlməsi kimi qiymətləndirmək elmi baxımdan düzgün olmaz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri