Icma.az
close
up
RU
İqtisadçı: AMB nin uçot dərəcəsini sabit saxlaması kredit portfelinin böyüməsinə gətirib çıxarıb

İqtisadçı: AMB nin uçot dərəcəsini sabit saxlaması kredit portfelinin böyüməsinə gətirib çıxarıb

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin ilk rübündə bankların cəmi aktivləri 54 mlrd. 855.6 mln. manat təşkil edib. 

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verib Məlumata görə, bu dövrdə sektorun cəmi aktivləri 2,4% və 1,3 mlrd. manat artıb. 

Bu dövrdə bank sektorunun cəmi öhdəlikləri 2,6% və ya 1,2 mlrd. manat artaraq 47 mlrd. 960.7 mln. manata, balans kapitalı isə 1,2% və ya 81,7 mln. manat artaraq 6 mlrd. 894.9 mln. manata yüksəlib. 

Hesabat ayında bankların kredit portfeli 1% və ya 284.8 mln. manat artaraq 27,877.1 mln. manat olub. Portfelin 53.6%-ni və ya 14 mlrd. 935 mln. manatını biznes kreditləri, 30.9% və ya 8 mlrd. 603.6 mln. manatını istehlak kreditləri, 15.5% və ya 4 mlrd. 338.5 mln. manatını ipoteka kreditləri təşkil edib. 

Bankların öhdəliklərinin 77.8%-i və ya 37 mlrd. 293.1 mln. manatını depozit portfeli təşkil edib. Depozit portfelinin 60.5%-i (22,549 mln. manat) hüquqi şəxslərin, 39.5%-i (14,744.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 66.4%-i (9,785.1 mln. manat) milli valyutada, 33.6%-i (4,959 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 61.1%-i (9,009.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri mart ayında 2.3% və ya 204.7 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 16 mlrd. 799.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.5%-ni təşkil edib.

 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, rəqəmsallaşma banklara olan dövriyyəni artırıb:


“Eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlaması nəticə etibarilə kredit portfelinin böyüməsinə gətirib çıxarıb. Digər tərəfdən neftin qiyməti həm ötən ilin ikinci yarısında, həm də bu ilin birinci yarısının ilk üç ayında sabit qalıb. Bu baxımdan həm də gəlirlərin artması davamlı olaraq təmin edilib. Bu isə bankların inkişafı üçün ciddi əsaslar yaradır. Hazırda sabit saxlanılan uçot dərəcələri banklarda kredit portfelinin artmasına səbəb olub. Əmanət yığımlarında müəyyən mənada artımlar var və əmanət yığımları bankların kredit portfelinin də genişlənməsinə gətirib çıxarıb.  Əgər neftin qiyməti aşağı düşərsə, əlbəttə ki, yeni risklərin yaranma ehtimalı var. Hətta bu Azərbaycana qarşı maliyyə təzyiqlərini artıracaq. Həmçinin inflyasiya olması bankların kreditləşməsini yavaşladacaq. Bunun üçün müxtəlif alternativ maliyyə alətlərindən istifadə edilməlidir. İlin sonuna qədər baş cerəcəkləri proqnozlaşdırmaq çətin olsa da, bundan sonrakı üç ayd bankların gəlirlərinin sabit qalacağı gözləniləndir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri