Icma.az
close
up
RU
İqtisadçı: Bu kiçik sahibkarlar üçün vergi yükünün azaldılması yönündə vacib qərardır

İqtisadçı: Bu kiçik sahibkarlar üçün vergi yükünün azaldılması yönündə vacib qərardır

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olan bir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikro sahibkar olan fiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərt tətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması tələbi) vergidən azad edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

Proqram təminatının işlənməsi, layihə-dizayn və dekorasiya sahəsində xidmətlər, tərcümə xidmətləri, reklam xidmətləri, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, Jurnalistlərin fəaliyyəti, Bazar konyukturunun öyrənilməsi,  Qiymətləndirmə fəaliyyəti, Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla sifarişlərin çatdırılması və kuryer xidməti, Turizm bələdçiliyi, İxrac xidməti.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikrosahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75%-i gəlir vergisindən azad edilib.

Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərə aiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdən sonra güzəştlərdən istifadə edə biləcəklər.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.



 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, dünya təcrübəsində kiçik sahibkarların uçotunun aparılması və onların vergiyə cəlb edilməsi istiqamətində bu kimi tədbirlər görülür: 


“Onlara vergi güzəştləri tətbiq olunur  və əlavə dotasiyalar ayrılır. Hətta bir sıra imtiyazlar verilir ki, üç nəfərə qədər işçisi olan sosial müdafiə və digər zəruri ödənişləri həyata keçirən kiçik sahibkarlıq subyektlərinin qeydiyyatını aparmaq mümkün olsun. Bununla da hökumət kiçik sahibkarlıqdan, orta sahibkarlığa və iri sahibkarlığa keçid strategiyaları hazırlayır. Məhz bu strategiyalardan biri də Azərbaycanda həyata keçirilməyə başlayıb. Kifayət qədər mütərəqqi bir qərardır. Bu həm kiçik sahibkarlar üçün vergi yükünün azaldılması, həm də onların dəqiq uçotunun aparılması və sayının, illik dövriyyəsinin inkişaf templərinin öyrənilməsi baxımından kifayət qədər önəmlidir. Azərbaycanda mikro sahibkarlıq, illik dövriyyəsi 200min manata qədər olan sahibkarlıq subyektləri hesab olunur. Adətən bu subyektlər qeyri rəsmi olaraq leqal formada fəaliyyət göstərmirlər. Burada daha çox fərdi ailə təsərrüfatları rol oynayır. Məsələn, kiçik istehsal müəssisələri, kiçik təsərrüfat, sənaye sexləri və s. bu şəkildə fəaliyyət göstərirlər. Yəni fərdi qaydada evdən fəaliyyət göstərirlər. Bu kimi hallarda onlar vergi uçotuna düşmürlər və qeydiyyatlarını aparmaq mümkün olmur. Nəticə etibarilə də büdcə idarə edilməsinin, iqtisadi planlaşdırma və strategiyanın çətinliyinə gətirib çıxarır. Bu baxımdan da hökumətin atdığı addımlar, tətbiq olunan güzəştlər Azərbaycanda iqtisadi planlama üçün kifayət qədər əlverişli və zamanında verilmiş bir qərardır. Daha yaxşı olardı ki, bunu həm də orta sahibkarlıq subyektlərinə də şamil etsinlər. Yəni təkcə  45  min manat yox, 200-300 min manat civarında illik maliyyə dövriyyəsi olan sahibkarlıq subyektlərinə də şamil etmək lazımdır. Çünki bu yalnız kiçik sahibkarlıq subyektləri deyil, eyni zamanda orta statuslu, orta dövriyyəsi olan sahibkarlıq subyektlərinin dəqiq sayını, onların dövriyyə imkanlarını, inkişaf templərini izləmək üçün vacib olan addımlardan biridir. Düşünürəm ki, hökumət bu qərarı da yəqin ki, növbəti il ərzində qəbul edəcək”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Dekabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri