Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İqtisadçı: İnsanların dələduzların toruna düşməsi psixoloji problemdir

İqtisadçı: İnsanların dələduzların toruna düşməsi psixoloji problemdir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Dövrün ən böyük bəlası tənhalıqdır


“Sorğu keçirsəniz, əhalinin 90 faizi həmişə doğru addımlar atdığını, həyatda səhv etmədiyini deyəcək. Özünü ağıllı, tədbirli göstərəcək. Halbuki, insanların az qala hamısı həyatları boyunca dəfələrlə aldadılır”

İnsanların dələduzların toruna düşməsinin bir səbəbi də əhalinin intellektual səviyyəsinin aşağı olmasıdır

Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürən şəxs saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, paytaxt sakini olan 37 yaşlı qadın bir nəfərin onu aldadaraq adına 10 min manat kredit rəsmiləşdirdiyi barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxsin sosial şəbəkələrin birində özünü bank əməkdaşı kimi təqdim etdiyi, zərərçəkənin etibarından sui-istifadə edərək əvvəlcə hesabına 54 manat ödətdirməsi, daha sonra onun adına 10 min manat onlayn kredit götürdüyü məlum olub. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Tərlanov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır.

Hər nə qədər Daxili İşlər Nazirliyi kiberdələduzluq, bank kartlarından məbləğlərin oğurlanması ilə bağlı məlumatlar yayıb, vətəndaşları ayıq-saylıqlığa dəvət etsə də, bilinməyən nömrələrdən gələn mesajlara etibar edilməməsini, şəxsi məlumatların kiməsə ötürülməsinin yolverilməz olduğunu bildirsə də, videoçarxlar, süjetlər efirə verilsə də, hətta metropolitendə də elektron tablolarda xəbərdarlıq məlumatları yerləşdirilsə də, vətəndaşlarımız aldanmaqda davam edir. Səbəb nədir? Pulsuzluq, maddi çətinlik, daha çox qazanc əldə etmək istəyi?.. İnsan tanımadığı şəxslə niyə pul sövdələşməsinə getsin, kredit götürsün ki?!  


İqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında problemin ilginc bir tərəfinə toxundu:


- İnsanın maddi ehtiyacı ola bilər, kimsə iş axtarır, bir başqası ona işə düzəlməkdə kömək edəcəyinə söz verir, kiməsə müəyyən miqdarda nağd pul lazımdır, hansısa banka kredit borcu var, əlavə məbləğ əldə edə bilmir, bu zaman bir başqası ona guya kömək edə biləcəyini deyir və sair. Bu kimi həyat hadisələri çoxdur. Şəxsən mən düşünürəm ki, insanların dələduzların toruna düşməsi psixoloji problemdir. Və bunun əsasında insanların tənhalığı dayanır. Əslində, vətəndaş fiziki baxımdan tənha deyil, bəlkə ailəsi də var, övladları, qohum-əqrəbası, amma canlı əlaqə yoxdur, ünsiyyət yoxdur aralarında. Bu, bizim hazırkı dövrün ən böyük bəlası, ən böyük problemidir.  Ailə üzvləri, doğmalar bir-biri ilə çox az ünsiyyət saxlayır, bir-birinin problemi ilə çox az maraqlanırlar. Belə olduqda tənhalıq hiss edən, mənəvi cəhətdən tənha qalan adam ona zəng edən, guya ki kömək əlini uzatmağa hazır olan adamdan ikiəlli yapışır. Sevinir ki, kimsə ona maraq göstərdi, onunla maraqlandı. Xüsusilə subay qadın və kişilər bu cür ünsiyyətə ehtiyac duyduqlarından daha tez aldanır, dələduzların toruna  düşürlər. Çünki subaydırlar, tənhalıq sindromu onları əzir, kiməsə yaxınlaşmaq, ünsiyyət yaratmaq, əlaqə qurmağa ehtiyac duyurlar. Belə insanlarda kiməsə yaxınlaşma meyli yaranır. Və özünü də aldadır ki, yox, bu adam məni aldatmaz, kömək edəcək. Kişilərin qadınları aldatması daha asan başa gəlir. Qadınlar ümumiyyətlə tez aldanandır. İnsanın beyni də onu aldadır. Bu şəkildə ki, “sən ağıllısan, doğru addım atırsan, belə də etməlisən”. Bu, əslində, insanın özünə təlqinidir. Çox az insan var ki, hərəkətlərinə düzgün qiymət verməyi bacarır. Sorğu keçirsəniz, əhalinin 90 faizi həmişə doğru addımlar atdığını, həyatda səhv etmədiyini deyəcək. Özünü ağıllı, tədbirli göstərəcək. Halbuki insanların az qala hamısı həyatları boyunca dəfələrlə aldadılır. Dələduzların toruna düşmək də insanın özünə əsassız şəkildə, kortəbii şəkildə inamından irəli gəlir. Bəlkə də, aldanan insan onu aldadandan daha çox özünə inanıb. Ki, heç vaxt aldanmaz. Ancaq nəticədə aldadılıb. Əvvəllər niyə belə hadisələr olmurdu, çünki insanlar doğmaları, yaxınları ilə əlaqə saxlayırdılar, başına gələni danışırdılar, qohumu, yaxını da deyirdi ki, belə iş tutma, nə bilirsən kimdir, nəçidir? İndi bu cür ünsiyyət, əlaqə aradan qalxdığından çox adam özü bildiyi kimi, nəyi doğru hesab edirsə onu edir. Real həyatda belə bir hadisə başına gəlmiş şəxs mənə əhvalat danışıb. Oğlanla qız internetdə tanış olub. Oğlan qızın real həyatda üzünü də görməyib. Ancaq internet vasitəsilə tanış olduğu qıza görə evini satıb 300 min manata, pulu da köçürüb qızın hesabına. Qız da pulu alandan sonra aradan çıxıb. Bu qədər sadəlövhlük olmaz, deyəcəklər, amma bu, kəskin psixoloji problemdir.  


Ə.Həsənov qeyd etdi ki, son zamanlar DİN-in maarifləndirici tədbirlər görməsi, efirdə videosüjetlərin yayınlanmasına rəğmən insanların yenə də dələduzların toruna düşməsinin bir səbəbi də əhalinin intellektual səviyyəsinin aşağı olmasıdır:

- Elmi cəhətdən də sübut olunub ki, insanların intellektual səviyyəsi, bilik və savadları yetərli deyil. İnsanların çoxu yayılan informasiyalara, xəbərdarlıqlara məhəl qoymur, baş vermiş hadisələrdən xəbərsizdir, baxmırlar, maraqlanmırlar bu cür informasiyalarla. Burada bankların öhdəsinə də maarifləndirmə işi aparmaq düşür. Bizim vətəndaşlar birdəfəlik yadda saxlasınlar ki, heç bir bank əməkdaşı heç vaxt vətəndaşa zəng edib ondan şəxsi məlumatlarını soruşmur. Bu, bank işçisinin səlahiyyətinə aid deyil, onlara belə tapşırıq verilmir. Bank işçisi vətəndaşa zəng etdikdə, yalnız banka gəlməli olduğunu bildirir. Əgər kimsə zəng edib vətəndaşdan bank rekvizitləri – şəxsi məlumatlarını söyləməsini istəyirsə, o, bank işçisi deyil, dələduzdur. Bunu insanlarımız lütfən yadda saxlasın. Diqqətli olsunlar. Kiminsə “al dilinə” aldanıb özlərini ağır vəziyyətə salmasınlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Fevral 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see451

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see356

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see353

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see310

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see294

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see269

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see268

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see267

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see265

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see143

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see142

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see134

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see132

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see127

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see121

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see120

Rusiya Ukrayna müharibəsinin sülh yolu ilə həllinə nikbinik ABŞ

02 Dekabr 2025 00:58see119

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri