Icma.az
close
up
RU
İqtisadçı: Qida emalı sahəsində həllini gözləyən problemlər qalmaqdadır

İqtisadçı: Qida emalı sahəsində həllini gözləyən problemlər qalmaqdadır

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 noyabr, AZƏRTAC

Ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olan yeyinti və qida sənayesinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətin diqqət mərkəzindədir. Azərbaycanda qida sənayesinin əsas növlərinin istehsalının dinamikası son on ildə qeyri-neft sektorunun müxtəlif sahələrinin, xüsusilə əlavə dəyər yaratmaq qabiliyyəti ilə seçilən sahələrin inkişafı üçün ciddi və kompleks tədbirlər həyata keçirilməsinə səbəb olub. Bu isə ölkə iqtisadiyyatının inkişafına töhfə verib.

Bu barədə AZƏRTAC-a açılqmasında iqtisadçı Kamran Hacıyev bildirib. O qeyd edib ki, son illər qida sənayesi müəssisələrinin, xüsusən də respublikanın regionlarında inkişaf potensialının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin qida emalı müəssisələrinin yaradılmasında və bu sahədə istehsal olunan məhsulların həcmində artım müşahidə olunur. Dövlət Statistika Komitəsi təfrəfindən də cari ilin yanvar-oktyabr aylaırnda qida məhsullarının istehsalında 9,5 faiz artımın olması barədə məlumatı bunun bariz göstəricisidir: “Bununla belə, bu sahədə müəyyən həllini gözləyən problemlər qalmaqdadır. Xammal üzrə qismən idxal asılılığı, bəzi müəssisələrdə köhnə texnologiyaların qalması, qida təhlükəsizliyi standartlarının tam tətbiq olunmaması və logistika infrastrukturunun kifayət qədər inkişaf etməməsi əsas problemlər sırasında yer alır. Bu məsələlərin həlli üçün istehsalın modernizasiyası, qida təhlükəsizliyi sistemlərinin geniş tətbiqi, yerli xammal bazasının inkişafı, soyuducu zəncir logistikasının gücləndirilməsi və peşəkar kadr hazırlığının artırılması vacibdir”, - deyə iqtisadçı əlavə edib.

“Ümumilikdə isə Azərbaycanda qida sənayesinin inkişafı üzrə dövlət proqramı çərçivəsində yeni yüksək texnologiyalar əsasında ən müasir qida emalı müəssisələrinin tikintisi nəzərdə tutulur ki, bu da ölkənin yeyinti sənayesinin maddi-texniki bazasının əhəmiyyətli dərəcədə artmasına töhfə verəcək”, - deyə K. Hacıyev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri