Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünya bazarlarında neft qiymətləri fərqli istiqamətlərdə dəyişib.
Hazırda “Brent” markalı neftin bir bareli 104,61 dollara, yüngül neftin bir bareli isə 100,05 dollara təklif edilir.
Həmçinin dünən "Azəri Layt" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,4 % artaraq 120,02 ABŞ dolları təşkil edib.
Maraqlıdır, neftin bahalaşması Azərbaycan üçün hansı imkanlar və risklər yaradır?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neft bahalaşması dövlət gəlirlərinə müsbət təsir edir və Azərbaycanın maliyyə ehtiyatlarını artırır:
"Neftin qiymətinin bahalaşması təbii ki, Azərbaycan üçün müsbət amildir. İlk növbədə dövlətin gəlirləri artır. Neftin illik orta qiymətinin hər 10 dollar yüksəlməsi dövlət gəlirlərini təxminən 2,2 milyard manat artırır.
Bunun 1,8 milyard manatı Dövlət Neft Fondunun gəlirlərinə, 400 milyon manatı isə vergi şəklində dövlət büdcəsinə daxil olur. Yəni neftin qiymətinin artmasının xeyri budur.
Məhz buna görə Neft Fondunun aktivlərinin artdığını görürük. Yəni neft bahalaşdıqca dövlətin maliyyə imkanları genişlənir. Xalqın dövlətinin gəliri artır və bu vəsait gələcəkdə büdcə vasitəsilə cəmiyyətin rifahına yönəldilə bilər".
İqtisadçı qeyd edib ki, lakin məsələnin digər tərəfi də var:
"Neftin qiyməti yüksəldikcə enerji daşıyıcıları bahalaşır, bu isə idxal olunan məhsulların və daşınma xərclərinin artmasına səbəb olur. Nəticədə inflyasiya güclənir, yəni xalqın birbaşa cibinə inflyasiya ilə əlaqədar ziyan var. Əhali bunu gündəlik istehlak mallarının bahalaşması ilə hiss edir".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:324
Bu xəbər 12 Sentyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















