Icma.az
close
up
RU
ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Çin iqtisadiyyatının son illərdə qlobal ticarətdə artan rolu və ABŞ ilə iqtisadi rəqabəti dünya iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Çin bir çox ölkə üçün əsas əmtəə və istehsal bazası kimi çıxış etdiyi halda ABŞ maliyyə institutları, innovasiya və strateji texnologiyalar sahəsində üstün mövqeyini qoruyur.

Mövzu ilə bağlı Oxu.az-a danışan iqtisadçı-ekspert Fuad İbrahimov isə iki ölkə arasındakı münasibətləri klassik "ticarət savaşı"ndan daha çox iqtisadi maraqların yeni müstəvidə formalaşması prosesi kimi qiymətləndirməyin tərəfdarıdır. Onun sözlərinə görə, Çin iqtisadiyyatı bu gün dünya iqtisadiyyatında bir çox ölkələrin əmtəə bazasıdır:

"Demək olar, elə bir ölkə yoxdur ki, Çinlə ticarət dövriyyəsi mərhələli şəkildə artmasın".

O, ABŞ ilə Çin arasındakı iqtisadi qarşıdurmaya da münasibət bildirib:

"ABŞ və Çin iqtisadiyyatlarının, ümumiyyət ticarət platformalarının, mövqelərinin uzlaşdırılmasının heç vaxt tərəfdarı olmamışam. Çünki fərqli çəkilərdir. Bu gün Çin iqtisadiyyatı dünya bazarlarında əmtəə bazası kimi çıxış edirsə, Amerika Birləşmiş Ştatları institutsional səviyədə maliyyə institutu kimi, eyni zamanda innovativ, strateji vacib texnologiyalarla çıxış edir. Bu iqtisadiyyatların müqayisəsi, fikrimcə, institutsional səviyyədə uyğun olmaz. Ancaq onların arasındakı "ticarət savaşı" sadəcə olaraq termindir. Amerika Birləşmiş Ştatları 1970-ci illərdə Çin modelini yaradanda (1970-ci illərin sonunda Çin lideri Deng Şiaopinq tərəfindən "islahat və şəffaflıq" siyasəti ABŞ ilə qurulan bu siyasi modelin yüksəldilməsi ilə başladı. Çin ABŞ və Qərb investisiyaları, texnologiyaları üçün öz bazarlarını açdı və sürətli iqtisadi artım dövrünə qədəm qoydu - red.) münasibətlərin indiki mərhələyə çatacağını, bu cür inkişafı və imkanlarının əldən çıxacağını gözləmirdi".

"Lakin hazırki vəziyyətdə Amerika Birləşmiş Ştatları ilə Çin arasında sadəcə olaraq maraqların öz məcrasına çəkilməsi yönündə proses gedir. Bu da rəqabətyönümlü bazarda iki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mübarizəsi baxımından təbii bir haldır", - deyə ekspert vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri