Icma.az
close
up
RU
İqtisadçıdan SOS: Rəqəmlərə baxın, Azərbaycanda iqtisadi tənəzzül başladı

İqtisadçıdan SOS: Rəqəmlərə baxın, Azərbaycanda iqtisadi tənəzzül başladı

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Maliyyə Nazirliyi 2026-ci il dövlət büdcəsinin ilkin parametrlərini və 2026-2029-cu illər üzrə makroiqtisadi göstəricilərlə bağlı proqnozlarını açıqlayıb. Rəsmi sənədlərə baxanda ilkin olaraq ölkədə iqtisadi mənzərənin, hətta hökumətin özünün belə gözləntilərinin, yumşaq desəm, yaxşı olmadığını görmək mümkündür.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, 2026-29-cu illər üzrə ÜDM artımı proqnozu belədir: 2026-cı ildə ÜDM-in artımı 2,9%, 2027-ci ildə 3,3%, 2028-ci ildə 3,1%, 2029-cu ildə 4,8%:

“Əvvəl onu deyim ki, hökumət 2025-ci ildə ÜDM artımını 3% proqnozlaşdırırdı, ilin 8 ayı geridə qalib, ÜDM artımı cəmi 0,9% olub – yəni, Maliyyə Nazirliyinin bu proqnozları reallıqdan daha çox, arzulara-istəklərə əsaslanır.

Gələk 2026-cı il büdcə proqnozlarına:

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2% çoxdur. Yəni, ölkə büdcəsinin gəlirləri 2025-ci ilə nisbətən cəmi 67 mln. manat çox olacağı proqnozlaşdırılır – çox aşağı rəqəmdir, iqtisadiyyatda problemlərin olduğunu açıq göstərir.

2026-cı ildə dövlət büdcəsinin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141 milyon manat və ya 0,3 faiz artım ilə 41 milyard 548.6 milyon manat proqnozlaşdırılır. Yəni, büdcə gəlirləri cüzi artıb deyə, xərclərdəki artım da mikroskopikdir və bu, ölkəmiz qarşısında duran çağırışlara, problemlərin həllinə cavab vermir.

Maliyyə Nazirliyi yaxın 4 il üçün büdcə parametrlərində neftin orta qiymətini 65 dollar kimi götürmək, hesablamalarını bu qiymətlə aparmaq istəyir.

Çox optimist hökumətimiz var – geosiyasi gərginliklər azalsa, sırf makroiqtisadi vəziyyətə ABŞ və OPEK+ ölkələrin hasilatın artım dinamikasına görə, yaxın illərdə neft qiymətlərinin, ortalama, 60 dollardan aşağı olması ehtimalı çox yüksəkdir. Hökumət daha yüksək qiymət ortalaması ilə hesablamalar aparır, səbəbi sadədir – neftin proqnoz qiymətlərinin hər 5 dollar aşağı götürüləndə, büdcənin gəlir hissəsində ciddi azalmalar olur, zatən büdcə gəlirləri, demək olar ki, artmır (2026-da cəmi 67 mln. artım proqnozlaşdırılır), 2026-cı ildə orta qiyməti 60 dollar götürsələr, büdcə gəlirləri 2025-ci ilə nisbətən AZALACAQ, xərclər isə az da olsa artmalıdır, deməli, iki yol qalacaq – ya Neft Fondundan daha çox vəsait götürülməlidir, ya da büdcə kəsri kəskin artmalıdır. Ona görə də hökumət arzuladığı, görmək istədiyi qiyməti proqnoz parametrlərinə daxil edir.

Sözün qısası: 2026-29-cu il proqnoz rəqəmləri, 2026-cı ilin ilkin büdcə göstəriciləri açıq-aydın bizə deyir ki, iqtisadiyyatda ciddi problemlər var və onlar dərinləşir. Bir daha – bunu hökumətin ÖZ rəqəmləri, ÖZ gözləntiləri deyir, hətta ən optimist yanaşma ilə hesablayıblar, yenə də problemləri gizlətmək mümkün olmayıb...”

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see274

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see241

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see226

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see175

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see166

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see160

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri