Baş iqtisadçıdan SOS siqnalı Qida müharibəsi başlayır? İZAH
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
"Yaxın Şərqdəki münaqişə, onun gübrə və karbohidrogen qiymətlərinə təsiri milyonlarla insanı ərzaq təhlükəsizliyi problemi ilə üz-üzə qoyur".
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı İndermit Gill "France-Presse" agentliyinə bildirib. O qeyd edib ki, dünyada artıq təxminən 300 milyon insan kəskin qida çatışmazlığından əziyyət çəkir: "Bu rəqəm çox tez bir zamanda təxminən 20 faiz artacaq. Səbəb isə odur ki, fermerlər xərclərini azaltmaq üçün gübrə istifadəsini azaldır. Bu da qlobal taxıl istehsalının həcmini aşağı salır. Məlum vəziyyət bəzi ölkələri ixracı qadağan etməyə vadar edə bilər ki, bu da ərzaq qiymətlərini daha da artırar. İxrac qadağaları olduqca narahatedicidir. Məsələn, İran müharibənin ilk günlərində bütün ərzaq ixracını dayandırdığını elan edib".
İqtisadçı diqqətə çatdırıb ki, tez bir zamanda atəşkəs əldə edilməsə, aclıq ən həssas ölkələri tam güclə vurmağa başlayacaq:
"Hazırda Asiya karbohidrogen qiymətlərinin artması ilə əlaqəli çətinliklərdən ən çox təsirlənən qitədir. Böhran uzandıqca, bunlar çox sürətlə, əvvəlcə Afrikaya yayılacaq".
O qeyd edib ki, artan yanacaq və ərzaq qiymətlərinin kombinasiyası inflyasiyanı sürətləndirəcək və Dünya Bankının ən pessimist ssenarisinə görə, inflasiya bu il qlobal miqyasda 3%-dən 4,7%-ə yüksələcək :
"Bu proqnoz avqust ayına qədər davam edən münaqişə fərziyyəsinə əsaslanır. Müharibə bu yay davam edərsə, qlobal artım 2026-cı ildə təxminən 40% azala bilər".
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 16 Aprel 2026 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















