Icma.az
close
up
RU
Azərbaycanda neft tükənir İqtisadçıdan XƏBƏRDARLIQ

Azərbaycanda neft tükənir İqtisadçıdan XƏBƏRDARLIQ

Icma.az bildirir, Bakupost portalına istinadən.


“Diş məcunu bitəndən sonra onu bərk sıxmaqla bir neçə gün də içindəkiləri çıxarıb istifadə etmək olur. Amma bir gün gəlir nə qədər sıxılsa da ondan heç nə çıxmır. 2010-cu ildə 50 milyon ton səviyyəsini keçən Azərbaycanın neft hasilatı sonrakı illərdə tədricən və ardıcıl şəkildə azalır. Bu azalma təsadüfi deyil və dalğalanma kimi də qiymətləndirilə bilməz".
Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, son illərin rəqəmləri göstərir ki, 2023-cü ildə hasilat 30,2 milyon ton səviyyəsinə enib, 2024-cü ildə isə bu göstərici daha da azalaraq 29,2 millyon ton olub:
"2025-cu ildə 28,5 və 2026-cı ildə 27,6 milyon ton kimi açıqlanan proqnozlar da eyni istiqaməti təsdiqləyir və neft hasilatında enişin davam edəcəyini göstərir.
Qrafikdən də göründüyü kimi son iki ilin proqnozlarında azalma tempi ildən ilə sürətlənir. 2025-ci ildə bu fərq 0,6 milyon tona yüksəlir, 2026-cı ildə isə artıq 0,9 milyon ton təşkil edəcəyi proqnoz edilir.
Bu adi riyazi ədədi silsilədir və silsilə fərqi mənfi 0,3 milyon tondur. Ədədi silsilə ilə hesablasaq, 2024-cü ildəki 29,2 milyon tonluq hasilatın 21 milyon ton səviyyəsinə enməsinin 2030-ci ilə təsadüf edəcəyini görə bilərik.
Amma burda daha bir məsələ var ki, digər faktorlar nəzərə alınmır. Məsələn, bu gün neft hasilatının kəskin enməməsi üçün investisiyalar hesabına elə bir texnologiya tətbiq edilə bilər ki, bir neçə il sonra lay ehtiyatların azalması səbəbindən azalma daha kəskin ola bilər. Və ya əksinə, hansısa quyuların yenidən işə salınması, hansısa yataqların daha böyük investisiya hesabına və daha güclü texnologiya hesabına istismar edilməsi bu azalmanın tempini aşağı salar. Yəni bütün bunlar artıq neft mühəndislərinin daha dəqiq bildiyi və etdiyi məsələlərdir.
Lakin bütün bu texniki dəyişənlərdən asılı olmayaraq dəyişməyən bir reallıq var ki, neft tükənir və Azərbaycan üçün neft amili əvvəlki onilliklərdəki həlledici rolunu tədricən itirir. Hasilatın azalması artıq mühəndislik və texnologiya məsələsi deyil. Bu artıq iqtisadi modelin dəyişməsi zərurətidir. Məhz buna görə də iqtisadi planlama yalnız bugünkü neft gəlirlərinə deyil, qarşıdakı illərin daha aşağı hasilat reallıqlarına söykənməlidir. Həmçinin neft hasilatındakı azalma risk kimi yox, vaxtında düzgün oxunduğu halda yeni iqtisadi mərhələyə keçid üçün obyektiv siqnal kimi qəbul edilməlidir. Və əsas məsələ bu siqnalların gecikmədən real qərarlara çevrilməsidir".

Yasəmən,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Yanvar 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri