Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

“İqtisadi dialoq”dan sülhə keçid

“İqtisadi dialoq”dan sülhə keçid

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Bir müddət əvvəl Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi prosesi iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni nümunəsi kimi formalaşıb. Bu təşəbbüs Ermənistan tərəfindən başlayıb, Azərbaycan isə xoş niyyət göstərərək onun başlanmasına səbəb oldu”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var: “Ticarət, texniki və digər sahələrdə əməkdaşlıq üçün müraciət olarsa, Azərbaycan tərəfi bu imkanları nəzərdən keçirə bilər. Lakin burada gözləntilər adekvat olmalıdır, çünki proseslər hələ formalaşma mərhələsindədir və spesifik texniki tələblər mövcuddur. Bundan əlavə, bu təşəbbüsün siyasi və psixoloji əhəmiyyəti də böyükdür. Məsələn, Azərbaycan məhsullarının Ermənistana daxil olması əvvəlki münasibətlər fonunda müsbət inkişaf kimi qiymətləndirilir. Lakin hələ də cəmiyyətdə belə fikirlər var ki, bəzi məhsulların qəbuluna qarşı çıxanlar ola bilər. Bu cür hallar azdır, amma mövcuddur. Ümumilikdə əməkdaşlığın davamı gözlənilir, amma proseslər və nəticələr barədə gözləntilər real və uyğun olmalıdır”.

Dekabr ayında Azərbaycan neft məhsullarının Ermənistana tədarükünə başlanması təkcə kommersiya əməliyyatı kimi deyil, həm də sülh gündəliyinin praktik nəticəsi kimi qiymətləndirilir. Bu addım Bakı ilə İrəvan arasında gələcəkdə ticarət dövriyyəsinin genişlənməsi ehtimalını artırmaqla yanaşı, münasibətlərin mahiyyətində keyfiyyət dəyişikliyini də açıq şəkildə ortaya qoyur. Əslində, bu, iki ölkə arasında ilk iqtisadi təmas deyil. Daha əvvəl Azərbaycan ərazisi vasitəsilə Rusiya və Qazaxıstandan Ermənistana taxıl tranziti həyata keçirilmişdi. Amma yanacaq tədarükü strateji əhəmiyyətinə görə daha dərin məna daşıyır. Enerji sahəsində əməkdaşlıq davamlılıq və qarşılıqlı əməkdaşlıq elementlərini özündə birləşdirir və tərəflər arasında etimadın formalaşması baxımından mühüm amildir.

Zaman keçdikcə, ixrac həcminin artacağı da gözlənilir. Coğrafi qonşuluq logistika xərclərini əhəmiyyətli dərəcədə azaldır və bu amil iqtisadi səmərəliliyi artırır. Ermənistan hökuməti də etiraf edir ki, Azərbaycan yanacağının tədarükü daxili bazarda qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Bu isə gələcəkdə qaz, elektrik enerjisi, logistika, tranzit marşrutları kimi digər sahələrdə də əməkdaşlıq imkanlarını gündəmə gətirir. Həmin istiqamətlər uzun müddətdir iqtisadi baxımdan hesablanıb və regional əməkdaşlığın real potensialını nümayiş etdirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dövlət televiziyasına müsahibəsində bu prosesin əhəmiyyətini açıq şəkildə ifadə edib. Bildirib ki, Azərbaycan benzininin Ermənistana tədarükü təkcə ikitərəfli münasibətlərin qurulması üçün deyil, birbaşa vətəndaşlar üçün də faydalıdır. Onun sözlərinə görə, ölkələr arasında körpülərin qurulması prosesi artıq başlayıb. Sülhün institusionallaşdırılması, cəmiyyətdə mövcud psixoloji baryerlərin aradan qaldırılması və əməkdaşlıq təcrübəsinin genişlənməsi bu cür ssenariləri daha real edir.

Aydındır ki, müvəqqəti sxemlərə və siyasi manevrlərə yer yoxdur. Bu proseslərin yeganə etibarlı təminatı tamhüquqlu sülh sazişidir. Ermənistanda iqtisadi əməkdaşlığa qarşı çıxan revanşist qüvvələrin mövcudluğuna baxmayaraq, reallıq göstərir ki, məhdud marşrutlar və iqtisadi blokada ölkəni yeni əməkdaşlıq modellərinə sövq edir. Emosional çağırışlar rəqəmlər, bazar mexanizmləri və logistika qarşısında təsirsiz qalır. Açıq kommunikasiya xətləri, sabitlik və aydın qaydalar bu gün ən çox elə Ermənistanın özünə lazımdır.

İrəvan Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu açıq şəkildə bəyan edir. Artıq Azərbaycan bazarı Ermənistan üçün qadağan olunmuş mövzu kimi deyil, həm idxal mənbəyi, həm də Ermənistan məhsulları üçün potensial ixrac istiqaməti kimi dəyərləndirilir. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Azərbaycan istehsalı olan benzinin Ermənistana tədarükü davamlı və fasiləsiz olacaq. Onun sözlərinə görə, əsas məqsəd regionda sağlam biznes mühitinin formalaşdırılması və iqtisadi əməkdaşlığın ön plana çıxarılmasıdır. Nazir bunu sadə bir tezislə ifadə edib: müharibə itkilər deməkdir, ticarət isə tərəqqi.

Papoyanın açıqlamalarına əsasən, mümkün ixrac siyahısına alüminium və alüminium folqa, kənd təsərrüfatı məhsulları, o cümlədən heyvanlar, meyvə-tərəvəz, bəzi içki növləri və tekstil məmulatları daxildir. Bildirilib ki, tədarüklərin təşkili ilə bağlı məsələlər hazırda müzakirə mərhələsindədir. Ümumiyyətlə, regional inteqrasiya və nəqliyyat layihələri, o cümlədən TRIPP təşəbbüsü Ermənistanın uzunmüddətli iqtisadi böhrandan çıxması üçün real imkanlar yaradır.

Azərbaycan öz mövqeyini aydın şəkildə ifadə edib: ərazi iddialarından tam imtina və keçmişin köhnəlmiş siyasi mexanizmlərinin, o cümlədən ATƏT-in Minsk qrupunun tam bağlanması. Bu şərtlərdən biri artıq yerinə yetirilib, digəri isə Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılıdır.

Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli infrastruktur, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsinin artan əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bu layihə üçüncü ölkələrdən tranzit olmadan Azərbaycan-Ermənistan ticarətini təşkil etməyə imkan verəcək, çünki yüklər yalnız iki ölkənin ərazisindən keçəcək: “Zəngəzur dəhlizi Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması baxımından bütün iqtisadi, humanitar və mədəni əlaqələrin açılmasına xidmət edəcək, çünki iki ölkə arasında birbaşa nəqliyyat əlaqəsi yaradacaq. Ermənistanda bu məsələyə münasibət birmənalı deyil. Məhz buna görə ilk iqtisadi layihələr çox önəmlidir – onlar həm Azərbaycanla ticarətin faydasını, həm də birbaşa kommunikasiyaların açılmasına olan ehtiyacı göstərəcək”.

Ekspert qeyd etdi ki, Azərbaycan Ermənistanın neft məhsullarına olan tələbatını ödəyə biləcək. “Azərbaycan–Ermənistan əmtəə dövriyyəsində ilk addımlar olan bu sövdələşmələr, həcmlərindən asılı olmayaraq, iki ölkə arasında potensial iqtisadi əlaqələrin bütün spektrinin inkişafına təkan verəcək. Eyni zamanda, bu, Azərbaycanın kommunikasiya xətlərinin açılması ilə bağlı əsas məqsədinə – Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsinin təmin olunmasına da xidmət edəcək”.

Politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, proses heç də asan və sürətli olmayacaq: “Uzun illər davam edən münaqişə fonunda etimadsızlıq mühiti, siyasi proseslərin tam sabit xarakter almaması, eləcə də hüquqi və gömrük mexanizmlərinin kifayət qədər aydın və işlək olmaması qısa müddətdə böyükhəcmli ticarət əlaqələrinin qurulmasına maneələr yaradır.

İqtisadi əməkdaşlıq üçün tələb olunan institusional baza mərhələli şəkildə formalaşmalıdır. Lakin bütün bu çətinliklər perspektivi tamamilə kölgədə qoya bilməz. Uzunmüddətli perspektivdə regionda davamlı sülh və qarşılıqlı əməkdaşlıq təkcə siyasi sabitlik üçün deyil, eyni zamanda, iqtisadi inkişaf üçün də həlledici amildir. Yeni nəqliyyat xətləri, açılan bazarlar və genişlənən regional əməkdaşlıq Cənubi Qafqazı iqtisadi cəhətdən daha cəlbedici məkana çevirəcək.

Bu baxımdan, Cənubi Qafqazın iqtisadi dirçəlişi artıq uzaq ehtimal deyil. Siyasi iradə ilə ardıcıl addımlar atılarsa, proses yaxın gələcəkdə real nəticələr verəcək. Yəni Ermənistan tərəfindən siyasi iradə nümayiş etdirilərsə və bu, konkret və ölçülə bilən addımlarla müşayiət olunarsa, normallaşma prosesi niyyətlərdən real nəticələr mərhələsinə keçəcək.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see696

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see292

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see291

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see274

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see271

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see265

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see259

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see258

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see258

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see256

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see250

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see240

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see236

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see235

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see235

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see231

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see231

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see223

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see222

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri