Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İqtisadi tənəzzüldən sosial inkişafa Heydər Əliyevin yaratdığı İRS

İqtisadi tənəzzüldən sosial inkişafa Heydər Əliyevin yaratdığı İRS

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmiyyətin sosial rifahının yüksəldilməsi, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və sosial ədalətin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ölkənin inkişaf strategiyasında sosial rifahın təmin olunması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması hər zaman öncül prioritetlərdən olub. İqtisadiyyatı dağılmış, büdcəsi boşalmış, ərazisi işğal olunmuş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan bir dövlətdə sosial durumu sabitləşdirmək kəskin zəka və zəngin idarəçilik təcrübəsi tələb edirdi.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Orta aylıq əməkhaqqı səkkiz dəfə artdı"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, Heydər Əliyevin aforizmlərindən biri "dövlət xalq üçündür" ifadəsidir: "Yəni dövlətin bütün imkanları xalqın sosial rifahına yönəldilməlidir. 1969-cu ildə sovet Azərbaycanına rəhbərlik edəndə də, müstəqillik dövründə də Heydər Əliyev üçün Azərbaycan xalqının sosial rifahını yaxşılaşdırmaq ən önəmli məqsədlərdən olub".

M.Quliyevin fikrincə, iqtisadiyyatı olmayan ölkənin vətəndaşlarının sosial rifah səviyyəsi də olduqca aşağı idi. Lakin ulu öndərin sosial siyasəti nəticəsində sonrakı illərdə vətəndaşların vəziyyəti xeyli yaxşılaşdı: "1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə ölkədə iqtisadi tənəzzül dərinləşmişdi, dövlət faktiki olaraq parçalanmışdı. Belə olduğu təqdirdə xalqın sosial rifahı da yox idi. Maaşlar və pensiyalar aylarla gecikirdi. Həmin maaş da kifayət etmirdi. Belə bir vəziyyətdə Heydər Əliyevin ilk addımlarından biri özəlləşmə ilə bağlı dövlət proqramının qəbul edilməsi oldu. Çünki hər bir sosial siyasətin bünövrəsində iqtisadiyyatın gücü dayanır. Sonrakı dövrlərdə də pensiya islahatlarının aparılması ilə bağlı dövlət proqramı qəbul olundu. Heydər Əliyevin hakimiyyətdə olduğu 10 il ərzində Azərbaycanda orta aylıq əmək haqqı səkkiz dəfə, orta aylıq pensiya altı dəfə artdı".

"Dövlət büdcəsi cəmi 250 milyon dollar idi"

Komitə sədri ulu öndərin sosial durumu daha həssas olan qruplar üçün atdığı addımlardan da bəhs etdi: "Ulu öndərin ilk qəbul etdiyi qərarlardan biri 1994-cü ilin avqustunda ərazi bütövlüyümüzün qorunmasında əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı oldu. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə ən böyük problemlərdən biri məcburi köçkünlərin və qaçqınların üzləşdikləri çətinliklər idi. Hansı ki, bir milyon insanın yerləşdirilməsi, onların ərzaq təminatının həyata keçirilməsi, təhlükəsizliyinin təmini, tibbi təminat məsələsi həll edildi. Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın dövlət büdcəsi 250 milyon dollar təşkil edirdi. Bu, indiki büdcə ilə müqayisədə yüz dəfələrlə azdır. Heydər Əliyev bu imkanlar daxilində şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirdi".

Deputatın sözlərinə görə, Konstitusiyada Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları içərisində sosial hüquqların təmin olunması çox mühüm yer tutur: "Sağlamlıq, əmək, məzuniyyət, sosial-təminat, sağlam ətraf mühitdə yaşamaq hüququ buna misal ola bilər. Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan sosial dövlətə çevrildi".

"Ölkə daxilində sabitliyi təmin etdi"

Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayevin fikrincə, Heydər Əliyev çox ağır dönəmdə hakimiyyətə gəldi. Lakin bu cür ağır şərtlər daxilində belə, ölkənin sosial vəziyyətini dəyişməyi bacardı: "Azərbaycanın həm şimal, həm cənub tərəfdə parçalanma təhlükəsi var idi. Gəncədə qiyam olmuşdu. Ulu öndər belə ağır zamanda bütün məsuliyyəti üzərinə götürməyi bacardı. Ölkə daxilində sabitliyi təmin etdi. Heydər Əliyev insanların sosial müdafiəsini təmin etmək üçün "Əsrin müqaviləsi"ni imzaladı. Çünki iqtisadi islahatlar olmasaydı, heç bir sosial layihə həyata keçirmək mümkün olmayacaqdı. Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə mütəmadi olaraq pensiyalar və sosial müavinətlər, əməkhaqları artırıldı, birinci və ikinci özəlləşmə paketi qəbul olundu. Beləliklə, büdcə gəlirləri artdı. Bununla da sosialyönümlü xərclər üçün imkanlar yarandı. Büdcə imkanları daxilində sosial sahəyə həmişə xüsusi diqqət ayrıldı".

"Ölkədə sosial vəziyyət sabitləşdi"

Milli Məclisin deputatı Jalə Əliyevanın sözlərinə görə, Heydər Əliyevin ölkəmiz üçün misilsiz xidmətlərini saymaqla bitməz: "Ulu öndər hakimiyyətə gələrək Azərbaycan xalqını yox olmaqdan xilas etdi. Bütün sahələrdə onun rəhbərliyi ilə islahatlar həyata keçirildi. İnsan faktoru ən yüksək səviyyəyə gətirildi. Dövlət parçalanma ilə üz-üzə olduğu üçün əhalinin sosial rifah səviyyəsi də çox aşağı vəziyyətdə idi. Sosial sahədə yeni yanaşmalar tətbiq edilməyə başladı. Ulu öndər mədəniyyət-incəsənət xadimlərinə xüsusi diqqət, qayğı göstərirdi. Kimliyindən asılı olmayaraq, hər bir köməyə ehtiyacı olan insana yardım əli uzadırdı. Öz diqqəti və qayğısı ilə hər kəsin qəlbini qazanmağı bacarırdı. Onun əhalinin sosial rifahı ilə bağlı səyləri nəticəsində ölkədə sosial vəziyyət sabitləşdi".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 May 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see301

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see295

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see289

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see280

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see270

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see264

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see255

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see254

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see248

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see247

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see244

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see235

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see228

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see228

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see225

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see215

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see209

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see206

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri