Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

İqtisadiyyat: İl sabit keçir TƏHLİL

İqtisadiyyat: İl sabit keçir TƏHLİL

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lakin neftin orta ixrac qiyməti dövlət büdcəmizdə nəzərdə tutulduğundan yuxarı olduğundan, üstəlik, büdcə qənaətlə icra edildiyindən, inflyasiya tempinə də tənzimləyici vasitələr təsir göstərdiyindən vəziyyət sabit qaldı və cüzi olsa da müsbət nəticələr əldə edildi.
Məsələn, dövlət büdcəsi uğurla icra olundu. Yanvar-iyun ayları ərzində büdcə gəlirləri 19 803.9 milyon manat təşkil edib. Bu, nəzərdə tutulandan 704.8 milyon manat və ya 3.7% çox deməkdir. Xərclər isə 17 milyard 95,6 milyon manat olub. Nəticədə 2 milyard 708,3 milyon manat profisit yaranıb. Doğrudur, xərclər proqnozdan 1% az icra edilib. Ancaq nəzərə almalıyıq ki, gəlirlər və xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və 6,5% çox yerinə yetirilib. Məsələ ondadır ki, bu ilin dövlət büdcəsinin həcmi də artıqdır. Ona görə də, ilin ilk 6 ayı ərzində əldə olunan 2 milyard 708,3 milyon manat profisitin keçən ilin eyni dövrü ilə müqayisədə 3% az təşkil etməsi faktı da izaholunandır.
Bu arada, “Moody’s Ratings” beynəlxalq reytinq agentliyinin ölkəmizin suveren kredit reytinqini “Ba1”-dən “Baa3” investisiya səviyyəsinə qaldıraraq reytinq üzrə proqnozu müsbət saxlaması diqqəti cəlb edir. Bu fakt, büdcənin uğurlu icrası səbəbinə həm də digər tərəfdən aydınlıq gətirir. Belə ki, dünyada aparıcı 3 beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”in ölkəmizə aid qeyd olunan proqnozuna dair açıqlamasında qeyd olunur ki, bu yanaşma iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq səviyyəsinin azalmasına görə tərtib olunub. Bundan ötrü, elə söhbət açdığımız dövlət büdcəsi gəlirlərinin ilin birinci yarısında artıqlaması ilə yerinə yetirilməsi strukturuna diqqət yetirsək, kifayətdir.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703.7 milyon manat təşkil edərək, proqnozdan 466.4 milyon manat və ya 5.7%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091.1 milyon manat təşkil edərək 4.1 milyon manat və ya 0.1%, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21.9 milyon manat təşkil edərək 5.1 milyon manat və ya 30.3%, Dövlət Neft Fondundan (ARDNF) transfert isə 7 240.5 milyon manat təşkil edərək 100% və sair daxilolmalar isə 434.6 milyon manat təşkil edərək 314.1 milyon manat və ya 3.6 dəfə çox icra edilib. ARDNF-dən nəzərdə tutulan transfertin 100% yerinə yetirildiyini nəzərə almasaq, büdcəyə öhdəliklərin icrasında həqiqətən də müsbət elementlər vardır. Bu da ölkədə zəif də olsa iqtisadi aktivlik olduğunu göstərir. Buna şərait yaradan isə makroiqtisadi sabitlikdir.
Bu il iyulun 1-nə Azərbaycanda 1 630 743 vergi ödəyicisi olub. Bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,8% çox deməkdir. Ölkədə vergi ödəyicilərinin 86,9%-i fiziki, 13,1%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub ki, son 1 ildə fərdi sahibkarların sayı 4,4%, şirkətlərin sayısa 7,7% artıb. İyunun sonuna ölkədə 197 038 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,1% çoxdur. Dövlət qeydiyyatında kommersiya hüquqi şəxslərin 91,7%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1%-i səhmdar cəmiyyəti (SC), 1,1% isə kooperativ və s. formalarda olub. Təkcə bu ilin I yarısında 6 814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 88,9%-i yerli investisiyalı, 11,1%-i xarici investisiyalı sayılır.
Göstərilən tendensiyanı qoruyub saxlamaq lazımdır. Ümumiyyətlə, cari ilin ilk yarısının iqtisadi baxımdan uğurla yekunlaşmasının əsas səbəbləri sırasında da yuxarıda ilk olaraq nədən məhz, neftin orta ixrac qiymətinin dövlət büdcəmizdə nəzərdə tutulduğundan yuxarı təşkil etdiyi faktını misal çəkdim? Çünki ölkəmiz üçün hər şeydən öncə neftin məhz dövlət büdcəmizdə fiksə etdiyimiz qiymətdən aşağı ola biləcəyi faktoru ciddi təhdid və təhlükə xarakteri daşıyır. Bunun da son həddi 50 ABŞ dolları və bundan aşağı sayılır.
Odur ki, qarşımızda duran əsas vəzifə ÜDM istehsalı həcminin artması qayğısına qalmaq və buna da qeyri-neft-qaz sektoru hesabına nail olmaqdır. Həm də yalnız bu zaman, büdcənin uğurlu icrası da dayanıqlı və davamlı xarakter daşıya bilər. Belə ki, keçən il cari xərclərin 90.1%-i qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanıb ki, bunu 100%-ə çatdırmaq əsas hədəf hesab olunur.
İqtisadi artım məsələsinə gəldikdə isə, büdcə üzrə cari xərclər əgər, ən azı 70-80% qeyri-neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına təmin olunarsa, onda dünya bazarlarında qiymət rəqsləri ölkəmiz üçün ümumiyyətlə heç bir əhəmiyət kəsb etməz.

Pərviz Heydərov
Azvision.az üçün
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://azvision.az
archiveBu xəbər 02 Sentyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri