Icma.az
close
up
RU
İqtisadiyyat kiçilir, əsas kapitala investisiyalar azalır: Görəcəyimiz günlər qabaqdadır...

İqtisadiyyat kiçilir, əsas kapitala investisiyalar azalır: Görəcəyimiz günlər qabaqdadır...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan iqtisadiyyatı yanvarda kiçilib. Təxminən 1 faiz azalma qeydə alınıb. 2025-ci ilin yanvarında ölkədə 9 milyard 430 milyon manatlıq məhsul istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz az məhsul istehsalından söhbət gedir.

Bizimyol.info xəbər verir ki, ümumi daxili məhsul istehsalının 39,9 faizi sənaye, 10,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşüb. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 922 manat olub.

İqtisadiyyatın kiçilməsi gözlənilən idi. Zamanla hadisələrin yalnız bu istiqamətdə inkişafı ehtimal olunur. Üstəlik, əsas kapitala investisiyalar da azalıb. Özü də bu istiqamətdə daha çox bədbinliyə əsas verən göstəricilər qeydə alınıb.

2025-ci ilin yanvarında əsas kapitala cəmi 787 milyon manat investisiya yönəldilib. Halbuki keçən il ümumi məbləğ 1 milyard manatı keçmişdi. İnvestisiya həcmində düz 50 faiz azalma rəsmiləşib.

Vəziyyətin kəskin pisləşməsi göz qabağındadır. Neft-qaz sektoruna investisiyaların həcmi 40,5 faiz olub. Bu sahədən yavaş-yavaş əlimizi üzməyə başlamışıq. Qeyri-neft sektorunun onsuz da təkcə adı var. İqtisadiyyat bütün sahələri ilə böhran mərhələsinə keçib.

Əsas kapitala yönəldilmiş investisiyaların 60 faizindən çoxunu daxili investisiyalar təşkil edir. Bu düşünmək üçün ciddi material verir. Xarici investorlar bizim iqtisadiyyata böyük ölçüdə güvənməməyə başlayıb.

Rəsmi səviyyədə bahalaşmanın sürətləndiyi də açıqlanıb. İctimaiyyət inflyasiyanın bir rəqəmlə ifadə olunmasına daha inanmır. Qiymət artımları inflyasiyanın 20-40 faiz arasında dəyişdiyini göstərir. İqtisadi göstəricilərin açıqlanması yalnız bədbin proqnozlar verməyə şərait yaradır. Durumun yaxşılaşacağını deyib kimisə aldatmağa ehtiyac yoxdur.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Fevral 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri