Icma.az
close
up
RU
İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək

İqtisadiyyat Nazirliyi COP29 çərçivəsində bir sıra tədbir və görüşlər təşkil edəcək

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 13-də İqtisadiyyat Nazirliyi “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə Yüksək Səviyyəli Sessiya təşkil edəcək.

"Cebheinfo.az" nazirliyə istinadən xəbər verir ki, tədbir bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.

Noyabrın 14-də isə İqtisadiyyat Nazirliyi və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) birgə təşkilatçılığı ilə Maliyyə, İnvestisiya və Ticarət Günü (Climate FIT Day) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) təqdim olunacaq.

Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq, iqlim maliyyəsi və strateji tərəfdaşlıqlar barədə müzakirələr aparılacaq.

COP29 çərçivəsində “Dayanıqlı gələcəyin gücləndirilməsi: maliyyə vasitəsilə yaşıl inkişafa təkan” mövzusunda tədbir keçiriləcək, İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) təqdim olunacaq.

İqlim, innovasiya və ticarət üzrə CAREC Tərəfdaşlığına, Türk Dövlətləri Təşkilatının iqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üzrə Tərəfdaşlığına, SPECA İqlim və İnnovasiya Dialoquna dair nazirlər görüşləri keçiriləcək.

COP29 çərçivəsində 15 noyabr - Enerji, Sülh, Yardım və Bərpa Günündə İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq əsasında hazırlanmış “Yaşıl artım” portalının təqdimatı, “Karbon qiymətqoyması: cari çağırışlar və yeni strategiyalar”, “Dövlət-özəl tərəfdaşlığı layihələri vasitəsilə davamlı maliyyə və iqlim dayanıqlılığı strategiyalarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinin həllində özəl sektorun rolu” mövzuları üzrə tədbirlər keçiriləcək.

COP29 çərçivəsində 16 noyabr - Elm, Texnologiya və İnnovasiya - Rəqəmsallaşma Günündə KOB-ların yaşıl iqtisadiyyatda rolu” adlı konfrans, “Süni İntellektin təsiri: texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü”, “Süni intellektin transformativ gücü: ətraf mühitə təsirlərin azaldılması və dayanıqlı inkişaf” və digər mövzularda tədbirlər keçiriləcək.

COP29 çərçivəsində 20 noyabr - Urbanizasiya, Nəqliyyat və Turizm Günündə isə SPECA regionundan AYİB yaşıl şəhər liderlərinin Dəyirmi Masası, SPECA Çoxtərəfli Etimad Fondu ilə bağlı brifinqin təşkili planlaşdırılır.

COP 29 çərçivəsində, İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların İslam İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi və bir sıra xarici şirkətlərlə sənədlərin imzalanması nəzərdə tutulur.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi beynəlxalq qurumların və digər ölkələrin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri