İqtisadiyyatın neft qaz sektorunda çalışanların sayı açıqlanıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Yanvar-aprel aylarında iqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər çalışıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,32 faiz azdır.
525.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, orta aylıq nominal əməkhaqqı neft-qaz sektorunda 4171,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub.

