İrakli Kobaxidze: Aİ vizanın liberallaşdırılmasının dayandırılması ilə bağlı qərar qəbul edərsə, bu, əks nəticə verəcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 12 sentyabr, AZƏRTAC
“Əgər Avropa İttifaqı bürokratları tərəfindən Gürcüstanla vizanın liberallaşdırılmasının dayandırılması ilə bağlı qərar qəbul edilərsə, bu, tamamilə əks nəticə verəcək. Onlar ölkədə heç bir əsaslı iğtişaş yarada bilməyəcəklər”.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi Live” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, belə qərarlar Gürcüstanda heç bir iğtişaş yarada bilməyəcək.
"Kimsə ümid edir ki, bu cür qərarlar hansısa iğtişaşlara səbəb olacaq. Bu, ölkəmizdə heç bir əsaslı iğtişaş yaratmayacaq. Əgər kimsə buna ümid edirsə, belə bir qərar vermək istəməsi də onlar üçün əks nəticə verəcək. Bizim üçün əsas olan milli maraqlarımızı qorumaqdır və biz bu maraqları sona qədər qoruyacağıq” - deyə, Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 12 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















