FAKTİKİ HAVA: Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində sulu qar yağır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Xidmətdən "Ölkə.az"a verilən məlumata görə, bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar və qar yağır.
Bildirilib ki, yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.
Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 26, Neftçalada 20, Gədəbəydə 16 m/s-yə çatır.
Baxış sayı:89
Bu xəbər 14 Dekabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















