Icma.az
close
up
RU
İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub AZƏRTAC

İrakli Kobaxidze: Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 23 yanvar, AZƏRTAC

“Gürcüstanda dörd dəfə dövlət çevrilişi cəhdi olub və onların da hamısı uğursuz olub”.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, son üç il ərzində ölkədə dörd uğursuz çevriliş cəhdi olub və hər dörd halda xarici, o cümlədən ABŞ-dan maliyyə dəstəyi aşkar edilib. Donald Tramp administrasiyasının bu məsələni nəzərdən keçirməsi vacibdir: ”Biz bu məsələləri dəfələrlə gündəmə gətirmişik və Prezident Trampın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırmaq qərarını alqışlayırıq. Bu, sübut edir ki, Gürcüstana ayrılan bəzi vəsaitlər düzgün istiqamətdə istifadə olunmayıb və müəyyən dairələr tərəfindən ölkədə sabitliyi pozmaq üçün xərclənib”.

Baş nazir əlavə edib ki, Gürcüstanın milli maraqlarının qorunması üçün hər hansı xarici müdaxilənin mənbəyindən asılı olmayaraq qarşısı alınmalıdır.

“Gürcüstan öz suverenliyini qorumağa borcludur. İstər ABŞ, istərsə də digər ölkələrdən gələn vəsaitlər ölkəmizin daxili işlərinə müdaxilə üçün istifadə olunursa, buna qarşı sərt tədbirlər görülməlidir. Prezident Trampın qərarı göstərdi ki, ABŞ vəsaitlərinin bir qismi digər ölkələrin daxili işlərinə müdaxilə üçün yönəldilib. Biz dəfələrlə qeyd etmişik ki, Gürcüstanın maraqları hər şeydən önəmlidir və heç bir xarici güc bizim daxili işlərimizə təsir etməməlidir,” – deyə Baş nazir vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri