İran 10 milyon riallıq əsginası dövriyyəyə buraxdı
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran tarixində ən böyük nominala malik yeni - 10 milyon riallıq əsginası dövriyyəyə buraxıb.
Lent.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilir ki, hökumət bu addımı ABŞ və İsraillə hərbi qarşıdurma fonunda inflyasiya və nağd pula artan tələbatla mübarizə məqsədilə atıb.
Yeni əsginasın faktiki dəyəri təxminən 7 ABŞ dollarına bərabərdir. Çəhrayı rəngli əsginasın üz tərəfində Yəzd şəhərindəki IX əsrə aid Came məscidi, arxa tərəfində isə qədim Bəm qalası təsvir olunub. Bu, fevralda buraxılmış 5 milyon riallıq əsginasdan sonra dövriyyədə olan ən iri nominallı pul nişanıdır.
Nəşr, həmçinin İranda bankomatlar qarşısında uzun növbələrin yarandığını yazıb. Sakinlər elektron sistemlərdə nasazlıq ola biləcəyindən ehtiyat edərək nağd pula üstünlük verirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 22 Mart 2026 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















